Sentyabrın 15-də Azərbaycanda COVID-19 əleyhinə 1385 doza vaksin vurulub
Səhiyyə

Sentyabrın 15-də Azərbaycanda COVID-19 əleyhinə 1385 doza vaksin vurulub

Sentyabrın 15-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1385 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 460, ikinci doza vaksinlərin sayı 199, üç və daha çox doza vaksinlərin sayı 596, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 130-dUr.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 878 min 480, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 378 min 646, ikinci mərhələ üzrə 4 milyon 865 min 579, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 373 min 434, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 260 min 821-dir.

AZƏRTAC