Sənsiz keçirilən ad günü
Region

Sənsiz keçirilən ad günü

Birinci İkinci Qarabağ müharibəsində xocavəndli igidlərin qəhrəmanlığı, son damla qanını Vətən torpağından əsirgəməyən döyüşçülərin şücaəti heç zaman unudulmur, yaddan çıxmır. 44 gün davam edən Vətən müharibəsinin ilk günlərindən 200 nəfər xocavəndli gənc döyüşlərdə iştirak edib.

Onlardan 41 nəfəri yaralanıb, 8 nəfər isə şəhid olub. Unutmayaq ki, bu rəqəmlərin arxasında böyük bir elin qəhrəmanlığı, yurdsevərliyi, mərdliyi vətəndaş qeyrəti dayanır.

Xocavənd torpağının yetirməsi, Muğanlı kənd sakini, silahlı qüvvələrimizin çavuşu Xəyal Xudaverdi oğlu Namazovun ad günü üç ildir ki, onsuz keçirilir. Bu münasibətlə Xocavənd qəsəbəsində yerləşən "Şəhidlər" Abidə-Kompleksində anım mərasimi keçirilib. Tədbir iştirakçıları şəhidlərin məzarları önünə qərənfillər düzərək, onların əziz xatirəsinə ehtiramlarını bildiriblər. Canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunub, xatirələri bir dəqiqəlik sükutla yad edilib. Şəhid Xəyal Namazovun qısa, lakin şərəfli ömür yolundan iftixarla, qürurla söz açılıb, həmyerliləri onun igidliyi ilə fəxr etdiklərini bildiriblər.

Xəyal 2006- ilin iyulunda ali təhsilini dayandıraraq Dövlət Sərhəd Xidmətində hərbi xidmət keçib. Hərbi xidmətini Xudat sərhəd dəstəsinin sərhəd məntəqəsində 2008-ci ilin yanvar ayında başa vurduqdan sonra ali təhsilini davam etdirib. 2014- ildə müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarında yenidən xidmətə başlayıb. Manqa komandiri kimi üzərinə düşən hərbi tapşırıqları layiqincə yerinə yetirib. 2016- il Aprel döyüşlərində düşmənə qarşı cəsarətlə igidliklə savaşıb, qarşıya qoyulan döyüş tapşırığının yerinə yetirilməsində xüsusi fəallıq nümayiş etdirib. Xəyal Namazov 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsinin ilk günündən Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Qaraxanbəyli, Seyidəhmədli kəndlərinin azad olunmasında şücaət göstərib. 2020-ci il oktyabrın 3- ağır döyüşlərdə qəhrəmanlıqla həlak olub, şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə milli ordumuzun çavuşu Xəyal Namazov ölümündən sonra "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda" "İgidliyə görə" medalları ilə təltif olunub.

Anım mərasimində çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Vətən müharibəsində əldə edilən tarixi qələbədən, qəhrəmanlıq tarixi yazan oğulların şücaətindən, şəhid Xəyal Namazovun döyüş yolundan ətraflı bəhs edib. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda gedən 44 günlük müharibədə xalqımızın bir yumruq kimi birləşərək həmrəylik, əzm iradə nümayiş etdirdiyini, əsgərlərimizin, zabitlərimizin qəhrəmanlıq salnaməsi yazaraq, düşmən üzərində parlaq Qələbə qazandığını diqqətə çatdırıb. Xəyal kimi qəhrəman övladların igidliyi, qəhrəmanlığı, şücaəti nəticəsində 30 illik vətən həsrətinə son qoyulduğunu, ölkəmizin ərazi bütövlüyünün təmin edildiyini bu gün bizim qürurlu bir xalq kimi yenidən özümüzü təsdiq etməyimizi diqqətə çatdırıb. Şəhidin ailə üzvləri, müəllimləri, döyüş yoldaşları şəhid ailələrinə qazilərə göstərilən dövlət qayğısını yüksək qiymətləndiriblər.

Salman ALIOĞLU,

"Respublika".