Seneqal Respublikasının Prezidenti Maki Salldan
Məktublar

Seneqal Respublikasının Prezidenti Maki Salldan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Sizə və dost Azərbaycan xalqına davamlı tərəqqi və rifah arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında səmimi dostluq əlaqələrinin möhkəmləndirilməsi üçün Sizinlə birgə işləməyə hazır olduğumu bir daha bildirirəm.

Dərin hörmətlə,

Maki Sall

Seneqal Respublikasının Prezidenti