Şəmkir:  Şəhidlərimizin məzarları ziyarət olunub
Region

Şəmkir:  Şəhidlərimizin məzarları ziyarət olunub

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev rayonun Yenibad kəndində şəhidlik zirvəsinə ucalan Cavid və İlham Məmmədov qardaşlarının, Ələsgərli kəndində isə şəhid Zaur Nəbiyevin il mərasimlərində iştirak edib. Yenibad kəndində keçirilən anım tədbirində millət vəkili Kamran Bayramov, Ələsgərli kəndində isə millət vəkili Nurlan Həsənov, şəhidlərin yaxınları, hərbçi yoldaşları qəhrəmanların məzarlarını ziyarət edib, önünə gül dəstələri düzüblər. Mərasimdə RİH başçısı Rəşad Tağıyev şəhidlərin döyüş yolundan bəhs edib, bildirib ki, “Azərbaycan naminə şəhid olan qəhrəmanlar xalqımıza məxsus olan uca dəyərləri əbədiləşdirirlər. Şəhidlərin xatirəsini yad etmək hər bir vətəndaş üçün vacibdir. Belə qəhrəman oğulları böyüdən ata-anaların qarşısında baş əyirik.

Ən yeni tariximizi öz qanları ilə yazan şəhidlərimizə borcluyuq.

Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə keçirilən anım tədbirində iştirakçılar şəhidlərin ailə üzvləri ilə görüşüb, başsağlığı veriblər. Şəhidlərimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Vəli VƏLİYEV,

“Respublika”.