Səhiyyə naziri: Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır, hələlik qapanmaya ehtiyac yoxdur
MÜSAHİBƏLƏR

Səhiyyə naziri: Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır, hələlik qapanmaya ehtiyac yoxdur

Dünyada koronavirusun "omikron" ştamı geniş yayılır, yoluxma sayları artmaqdadır. Ölkədə ilk dəfə 12 nəfərdə "omikron" aşkarlanıb. Dünya təcrübəsinə baxsaq görərik ki, son 4 həftə ərzində ümumi yoluxmaların təxminən 40 faizini "omikron" ştamı təşkil edir.

AZƏRTAC xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda ölkəmizdə sanitar-epidemioloji vəziyyət nəzarət altındadır, çarpayı fondu, lazımi tibbi avadanlıqlarla təminat yüksək səviyyədədir. Bu baxımdan problem yoxdur. Azərbaycanda hələlik qapanmaya ehtiyac yoxdur. Lakin yoluxmanın gedişatı vəziyyətə təsir edə bilər.

AZƏRTAC