Şəhidlərin xatirəsinə həsr edilmiş turnir
Region

Şəhidlərin xatirəsinə həsr edilmiş turnir

18 oktyabr – Müstəqilliyin Bərpası günündə YAP Bərdə rayon təşkilatı Qarabağ müharibəsi qazilərinin iştirakı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinə həsr olunan şahmat turniri keçirmişdir.
Əvvəlcə YAP rayon təşkilatının rəhbərliyi və fəalları turnir iştirakçıları ilə birgə ulu öndər Heydər Əliyevin abidəsini və daha sonra Şəhidlər Xiyabanını ziyarət edərək onları dərin ehtiramla yad etmişlər.
Turniri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxış edərək ölkəmizin müstəqillik tarixindən, dövlətçilik ənənələrindən danışmış, bu turnirin Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunduğunu bildirmiş, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli milli Ordunun qəhrəmanlığını, xalq-iqtidar birliyini, öz qanları ilə yeni tarix yazdığını xüsusi vurğulamışdır.
Turnirin açılışında rayon UGİM-in şagirdləri şəhidlər və qələbə haqqında şeirlər söyləmişlər.

Turnir 4 yaş qrupu üzrə rayon UGİŞM-in şagirdləri arasında keçirilmiş, qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

Sonda qaliblərlə xatirə şəkli çəkdirilmişdir.

Vəli VƏLİYEV,

“Respublika”.