ŞƏHİDLƏRİN XATİRƏSİNƏ BULAQ
Region

ŞƏHİDLƏRİN XATİRƏSİNƏ BULAQ

Qərinələr ötsə, nəsillər bir-birini əvəz etsə belə öz qanları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğul qızlarımız heç vaxt unudulmur. Ən ali, müqəddəs şəhidlik zirvəsinə yüksələnlər daim qəlblərdə yaşayır, hər zaman ehtiramla anılırlar. Şəhidlər canları ilə düşmənin ölü zonaya çevirdiyi Qarabağımıza əbədi həyat verdilər, sonsuz qürur duyğusunu miras qoydular.

Yevlax rayonunun Aşağı Qarxun kəndində Qarabağ savaşında şəhid olmuş kənd sakinlərinin xatirəsinəŞəhidlər bulağının açılışı olub.

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, şəhid ailələri qazilər, müharibə veteranları, kənd sakinləri əvvəlcəŞəhidlər bulağı ziyarət edib, abidə önünə çiçək dəstələri düzüb, Vətən uğrunda şəhid olan oğulların xatirəsini böyük ehtiramla yad ediblər.

Mərasimdə çıxış edənlər Vətən müharibəsində Şanlı Qələbə qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığını xüsusi qeyd ediblər.

Ordumuzun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordu birliyindən bəhs ediblər. Bildirilib ki, Şanlı Zəfər tarixini yazan Vətən oğulları Azərbaycan xalqının hər zaman qəlbində yaşayacaq.

Sakinlər şəhid qazi ailələrinə göstərilən diqqət qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Zabit XƏLİLOV,

Respublika”.