Şəhidlərin xatirəsi ad günündə anılır
Region

Şəhidlərin xatirəsi ad günündə anılır

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində döyüşlərdə  qəhrəmancasına şəhid olan  Hacıqabul rayon Qubalıbalaoğlan  kənd sakini  Alışov Samir Cəlil oğlu və Kolanı kənd sakini  Ağaməmmədov Xəyal Salam oğlunun doğum günü onların məzarları önündə anılıb.

Anım mərasimində rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin yaxınları və kənd sakinləri şəhidlərin məzarını ziyarət ediblər. Mərasim iştirakçıları şəhid məzarları önünə gül dəstələri qoyublar, şəhidin ailə üzvlərinə başsağlığı veriblər.

Tofiq HÜSEYN,

“Respublika”.