Şəhidin adına xatirə bulağı
Region

Şəhidin adına xatirə bulağı

Onlar Vətən uğrunda vuruşub şəhidlik zirvəsinə yüksəliblər. Bu gün xalqımız şəhidlərin xatirəsini  əziz tutur və bu ehtiram illər keçsə də  əbədi olacaq. Meyniman kəndindən şəhid Hümbət Yaqubovun doğum günündə adına xatirə bulağı açılacağını eşidən doğma kəndin, eləcə də ətraf kəndlərin sakinləri, şəhid valideynləri mərasimə toplaşmışdılar.

İlk öncə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, YAP Hacıqabul rayon təşkilatının rəhbərliyi və fəalları rayonun Meyniman kəndində şəhid Yaqubov Hümbət Mərhəmət oğlunun doğum günü münasibətilə məzarını ziyarət etdilər.  Məzarı üzərinə tər güllər düzərək şəhidə Allahdan rəhmət dilədilər. Daha sonra şəhidin ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlandılar. Şəhidin xatirəsinə hazırlanmış xüsusi hədiyyə atasına təqdim edildi. İctimaiyyət nümayəndələrinin, kənd sakinlərinin iştirakı ilə şəhidin adına xatirə bulağının açılış mərasimi yaddaqalan hadisəyə çevrildi.

                                                              Tofiq HÜSEYN,

                                                             “Respublika”.