Şəhid Natiq Əliyev torpağa tapşırılıb
Sosial həyat

Şəhid Natiq Əliyev torpağa tapşırılıb

Dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əliyev Natiq Yusif oğlu noyabrın 17-də Gəncədə dəfn olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin dəfn mərasimində şəhər icra hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhər sakinləri iştirak ediblər.

Şəhid Əliyev Natiq Yusif oğlu əslən Göyçə mahalının Zod kəndindəndir. Gəncədə boya-başa çatan Natiq ailəli idi. Onun 1 övladı Vətənə əmanət qalıb.

Şəhidimiz Gəncənin Şəhidlər xiyabanında torpağa tapşırılıb.

AZƏRTAC