Şəhid ailələrinin üzvləri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
Sosial həyat

Şəhid ailələrinin üzvləri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İsmayıllıdan olan şəhid ailələrinin üzvləri sentyabrın 24-də Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə gül dəstələri qoyublar.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın əziz xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə tər çiçəklər düzülüb.

Şəhid ailələrinin üzvləri, həmçinin 1918-ci ildə Bakının azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət ediblər. Abidənin önünə gül dəstələri qoyulub, türk şəhidlərinin xatirəsi ehtiramla yad edilib.

Daha sonra İkinci Şəhidlər xiyabanı ziyarət edilib. İkinci Qarabağ müharibəsi zamanı şəhid olmuş Vətən övladlarının məzarları ziyarət olunaraq üzərilərinə gül dəstələri düzülüb, onların əziz xatirəsi anılıb, ruhuna dualar oxunub.

AZƏRTAC