Şəhid ailələrinə qayğı borcumuzdur
Region

Şəhid ailələrinə qayğı borcumuzdur

Sentyabrın 23-də Bakı Şəhər İcra Hakimiyyətində şəhid ailələri ilə görüş keçirilib. Vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhu sükutla yad edilib, Vətən müharibəsindəki şanlı Qələbəmizə və şəhidlərimizə həsr edilən videofilm nümayiş etdirilib.

Qurumun mətbuat xidmətinin məlumatına əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, 2 il əvvəl sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu düşmən üzərində şanlı Qələbə qazanaraq işğal altında olan torpaqlarımızı azad etdi.

Avqustun 3-ü və sentyabrın 12-də sərhəd boyunca Daşkəsən, Kəlbəcər, Laçın, Zəngilan istiqamətlərində erməni silahlı qüvvələrinin növbəti təxribatlarına cavab olaraq həyata keçirilən "Qisas" və "Qətiyyətli cavab" əməliyyatları nəticəsində düşmənə ağır zərbələr endirildi və onların böyük sayda canlı qüvvə və hərbi texnikaları məhv edildi.

Açıq dialoq şəklində keçirilən görüşdə şəhid ailələrinin üzvləri dinlənildi, onların sual və təklifləri, ilk növbədə şəhid adının əbədiləşdirilməsi ilə bağlı müraciətləri nəzarətə götürüldü.

Çıxış edən şəhid ailələrinin üzvləri ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın onlara göstərdikləri xüsusi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.

Kamil İSMAYIL,

"Respublika".