Şəhid ailələrinə diqqət və qayğı
Region

Şəhid ailələrinə diqqət və qayğı

Azərbaycan Prezidenti İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin ideyalarına və siyasətinə uyğun olaraq həyata keçirdiyi məqsədyönlü tədbirlər Qəbələ rayonunda da davam etdirilir. Rayon rəhbərliyi tərəfindən şəhid ailələri, qazilər, müharibə iştirakçıları və digər imtiyazlı şəxslərlə mütəmadi görüşlər keçirilir, onları narahat edən bütün məsələlər yerindəcə öyrənilir. Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin və Milli Məclisinin deputatı Aqiyə Naxçıvanlının iştirakı ilə növbəti görüş Qələbə günü ərəfəsində keçirilib. Şəhid ailələrinin qaldıqdırları məsələlər yerində araşdırılıb, problemlərin bir qismi operativ surətdə həll edilib, digərlərinin həlli nəzarətə götürülüb.

Şəhid ailələri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

“Respublika”.