Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər bu il azı 1500 mənzil və ya fərdi evlə təmin olunacaq
Sosial həyat

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər bu il azı 1500 mənzil və ya fərdi evlə təmin olunacaq

Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında şəhid ailələri müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminat proqramının bu il uğurla davam etdirildiyi vurğulanıb.

Əmək əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə bağlı genişmiqyaslı sosial dəstək tədbirlərinin həyata keçirildiyini həmin tədbirlərin əhatə dairəsinin yeni layihələrlə getdikcə genişlənməkdə olduğunu bildirib.

Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonra həmin kateqoriyaya məxsus olanların mənzillə təminatı proqramı beş dəfə genişləndiyi qeyd olunub. Onlara postmüharibə dövründə 4500, keçən il 1500, ümumilikdə ötən dövrdə 13 mindən çox mənzil fərdi ev təqdim edilib. Prezidentin göstərişinə əsasən bu il şəhid ailələri müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə azı 1500 mənzil fərdi evin verilməsi təmin olunacaq. Yaxın günlərdə həmin mənzil fərdi evlərin verilməsinə başlanılacaq.

Nazirlik tərəfindən ms.sosial.gov.az portalı üzərindən onlayn satışı həyata keçirilən 1662 mənzildən artıq bir hissəsi onları ilk bron etmiş şəxslərə satılıb. Hazırda portal üzərindən mənzillərin bron edilməsi bron etmiş şəxslərə mənzillərin satışı davam edir. Həmin satışdan əldə olunan vəsait bölgələrdə şəhid ailələri müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatına sərf olunacaq.

Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən son bir ildə 6,6 minədək şəxsin səyyar formada sosial-məişət, 400 şəxsin sosial-hüquqi xidmətlərlə təmin edildiyi diqqətə çatdırılıb.

Sosial xidmət müəssisələrində ötən il 3 mindən, bu il 2300-dən çox şəxsə, həmçinin qurumun layihələri üzrə 4 minə yaxın uşağa reabilitasiyayönümlü sosial xidmətlər, 120 ahıla günərzi xidmətlər göstərildiyi qeyd olunub. Həssas qruplar üçün keçən il bu il daha 3 günərzi qayğı mərkəzinin açıldığı, qarşıdakı dövrdə günərzi qayğı mərkəzləri şəbəkəsinin daha da genişləndiriləcəyi vurğulanıb.

2022-ci ildə bu ilin ötən dövründə 242 uşağın övladlığa verildiyi, cari ildə himayədar ailə modelinin tətbiqinə başlanılmasının nəzərdə tutulduğu bildirilib.

Nazirliyin tabeliyindəki Sosial Dəstək Mərkəzi tərəfindən görülən işlər, övladlarını dövlət uşaq müəssisələrinə yerləşdirmiş ailələrlə bağlı aparılan reinteqrasiya tədbirləri diqqətə çatdırılıb. Dövlət uşaq müəssisələri məzunlarının şəxsi inkişafına, şəhid ailələrinin üzvlərinin, həssas qruplardan olan uşaqların ehtiyac duyduqları sosial-psixoloji dəstəklə təminatı s. ilə bağlı mərkəzin layihələrindən bəhs olunub.

Sosial sahədə islahatların reallaşdırılması, sosial müdafiə sisteminin gücləndirilməsi, müvafiq sahələr üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi üçün yeni normativ-hüquqi aktların layihələrinin hazırlanması işləri diqqətə çatdırılıb. Nazirlik tərəfindən 2022-ci ildə daha 526, bu il 109, ümumən 2018-2023-ci illərdə 2 minə yaxın normativ-hüquqi akt layihəsi hazırlandığı bildirilib.

Nazirliyin tabeliyindəki Əmək Bazarı Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın təhlil tədqiqat işləri, təlimlərin idarəedilməsi üzrə e-sistemin qurulması, Observatoriyanın ixtisaslaşdırılmış təlim mərkəzi kimi fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində işlər diqqətə çatdırılıb.

İclasda həssas əhali qruplarının sosial müdafiəsi sosial xidmətlərlə əhatə olunması, Milli Observatoriya tərəfindən görülmüş işlər, övladlığagötürmə, beynəlxalq ictimaiyyətlə əlaqələr s. sahələrdə görülmüş işlər qarşıda duran vəzifələr müzakirə olunub.

Mustafa KAMAL,

Respublika”.