Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Tərtərdə vətəndaşları qəbul edəcək
Region

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Tərtərdə vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin 2022-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, sentyabrın 22-də saat 11:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-polkovnik Arzu Rəhimov Tərtərdə Ağdam, Ağcabədi, Bərdə və Tərtər rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirəcək.

Dövlət Xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbula yazılmaq istəyən vətəndaşların sentyabrın 20-dək SHXÇDX-nin adları qeyd olunan rayon şöbələrinə, həmçinin rəsmi elektron poçt ünvanına ([email protected]) müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.

AZƏRTAC