Seçicilərdə ruh yüksəkliyi müşahidə olunur
Gündəm

Seçicilərdə ruh yüksəkliyi müşahidə olunur

“Səhər saat 08:00-dan etibarən seçicilər aktiv şəkildə prosesdə iştirak edirlər. İnsanlarda  ruh yüksəkliyi  müşahidə olunur”.

Bu sözləri “Respublika”-ya açıqlamasında 22 saylı Nəsimi-Yasamal Dairə Seçki Komissiyasının 6 saylı seçki məntəqəsinin üzvü Gülnarə Zeynalabdinova bildirib:

“Vətəndaşlarımızın Azərbaycanın gələcəyi naminə seçkilərdə aktivlik göstərməsi sevindirici haldır. İnanıram ki, növbədənkənar prezident seçkiləri dövlətimizin tarixində unudulmaz izlər qoyacaq”.

Nəzrin ELDARQIZI,

“Respublika”.