Sazın sehrində
Digər xəbərlər

Sazın sehrində

Həmin gün "Şərq" qəzetindən gələn səsə hamı dəhlizə çıxdı. Novruz bayramı ərəfəsində "Azərbaycan" nəşriyyatının yeddinci mərtəbəsindəki dəhliz sazın, sözün avazına bürünmüşdü. Sazını sinəsinə sıxıb coşqu ilə oxuyan aşıq meydangirliyi, Borçalı aşıq məktəbinə məxsus avazı, ifa tərzi ilə hamını musiqinin sehrinə salmışdı. Milliliyimizikimliyimizi bizə xatırladan saz sanki dilə gəlmişdi. Hamının əhvali-ruhiyyəsinə xoş bir sığal çəkirdi. Belə yerdə Xalq şairi Zəlimxan Yaqubun deyimi yada düşür: "Birinin halını soruşanda deyirsən - kefin sazdımı?". Həqiqətən , həmin gün bu aşığın sayəsində hamının kefi saz idi.

Axı, kimdi bu aşıq? Əslində, bu bina, bu dəhliz aşığa yad deyildi. Çünki o da illər öncə bu məkanda çalışmışdı. Amma fərqli sahədə. Bu haqda bir az sonra. Fikrət Cəfər oğlu Cəfərov 1968-ci il iyul ayının 18- Gürcüstanın Bolnisi rayonunun Babakişilər kəndində anadan olub. Onun aşıq sənətinə maraq sevgisi hələ uşaq vaxtlarından yaranıb. Dünyanı dərk edəndən ətrafında musiqiyə, saza, sözə bağlı insanlar görüb. Artıq dördüncü sinifdə isə sazda çalıb oxuyurmuş. Elə ilk uğurunu da orta məktəb illərində qazanıb. 1983- ildə keçirilən məktəblilərin Ümumittifaq festivalına qatılaraq uğurlu çıxışı ilə qaliblər sırasında yer alıb, qızıl medalla təltif edilib.

İllər ötdükcə onun saza olan məhəbbəti daha da artırdı. Elə bu səbəbdən Fikrət öz üzərində daha çox çalışır, aşıq sənətinə  olan məhəbbəti onu daha böyük səhnələrə çəkirdi. Getdikcə tədbirlərdə konsert salonlarında çıxış edir tamaşaçı sevgisi qazanırdı. Beləcə, saza olan sevgisi Fikrəti Bakıya, "Şəlalə" özfəaliyyət kollektivinə gətirdi. O, həmçinin "Oğuz" folklor ansamblında çıxış edir, sənət aləmində tanınır sevilirdi. Fikrət Cəfəroğlunun ifasını yüksək qiymətləndirən mərhum xanəndə Baba Mahmudoğlu onu "Xəzinə" folklor ansamblına dəvət edir. Bu ansamblda çalışmaq Fikrətin sənətdə püxtələşməsində mühüm rol oynayır.

O, hərbi xidməti başa vurduqdan sonra Bakıda milis məktəbində oxuyur. Uzun illər "Azərbaycan" nəşriyyatında mühafizə polisində çalışır. Lakin bu, onu sevimli sənətindən uzaq salmır. Əksinə, hər gün qarşılaşdığı söz, sənət adamları ilə olan görüşləri onu saza daha yaxın edir. Konsertlərdə televiziya proqramlarında çıxış edir. Fikrət Cəfəroğlu bu gün aşıq sənətinin tədrisi təbliği ilə məşğuldur. Gənc nəslə aşıq sənətinin incəliklərini öyrədir. Bu yaxınlarda Azərbaycan Aşıqlar Birliyi aşıq Fikrət Cəfəroğlunun yeniyetmə gənclər arasında aşıq sənətinin təbliği tədrisi sahəsindəki xidmətlərini yüksək qiymətləndirərək onu "Fəxri diplom"la təltif etmişdir.

Ramidə YAQUBQIZI,

"Respublika".