Saşa Heeney: Laçın-Xankəndi yolundan avtomobillərin keçdiyini öz gözlərimlə gördüm
MÜSAHİBƏLƏR

Saşa Heeney: Laçın-Xankəndi yolundan avtomobillərin keçdiyini öz gözlərimlə gördüm

Azərbaycanlı ekofəalların Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda aksiya keçirmələri əladır. Onlar 55 gündür buradadır və öz prinsiplərinə sadiqdirlər. Ümid edirəm ki, onlar məqsədlərinə çatacaqlar.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səyyah Saşa Heeney bildirib.

"Ekofəallar təbiətin qorumasını tələb edir", - deyən səyyah qeyd edib ki, təbiət gözəllikdir və bu, qorunmalıdır.

"Gözlərimlə görürəm ki, burada avtomobillərin keçidinə heç bir maneə yoxdur. Gördüyümüz kimi, bu, dinc etirazdır", - deyə səyyah vurğulayıb.