Samux melioratorları fədakarlıqla çalışırlar
Region

Samux melioratorları fədakarlıqla çalışırlar

Builki  istilər  sakinləri və aqrar sahədə çalışan zəhmətkeş insanları sınağa çəksə də,  təcrübəli su təsərrüfatı işçilərinin fədakarlığı əkin sahələrində bol məhsulun əldə olunmasına real imkan yaratmışdır.  Belə ki,  əkin sahələri yetərincə suvarma ilə təmin olunmuş,   fermerlər quraqlığın sərt problemləri ilə üzləşməmişlər. Bu sahədə görülən işlər haqqında geniş məlumat almaq üçün uzun müddət bu sahəyə rəhbərlik edən,  təcrübəli meliorator,  Samux Suvarma Sistemləri İdarəsinin rəisi,  “Tərəqqi” medallı Gülağa Bağırovla  görüşdük.

İdarə rəisi bildirdi ki,  Azərbaycanda qeyri-neft sektorunun inkişafında mühüm rolu olan kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında,  ərzaq təhlükəsizliyinin təmin edilməsində  meliorasiya və su təsərrüfatı sahəsində reallaşan infrastruktur layihələrinin önəmi böyükdür.  Bu işlərin yüksək səviyyədə həyata keçirilməsində meliorasiya və su təsərrüfatı işçilərinin üzərinə mühüm vəzifələr düşür,  çünki aqrar sahənin inkişafı bu rayonda iqtisadiyyatın əsasını təşkil edir

Ümummilli lider Heydәr Әliyev tәrәfindәn meliorasiya vә su tәsәrrüfatı potensialının yaradılması,  inkişafı,  aparılan islahatlar vә böyük quruculuq işlәri,  bu gün onun layiqli davamçısı cәnab İlham Әliyevin rәhbәrliyi ilә uğurla davam və inkişaf etdirilir.  

Son illәrdә aqrar sahәyә әsaslı kapital qoyuluşu dәfәlәrlә artmış,  aqrar sahәnin maddi-texniki bazası xeyli güclәndirilmişdir.  Minlәrlә kilometr suvarma kanallarının vә kollektor­-drenaj şәbәkәlәrinin bәrpası, yenidәn qurulması vә tikintisi hәyata keçirilmiş,  subartezian quyuları qazılmış,  sel vә daşqınlara qarşı sahilbәrkitmә vә bәndlәrin möhkәmlәndirilmәsi işlәri uğurla hәyata keçirilmişdir.

Bu mühüm sahә Samux rayonunda da daim diqqәt mәrkәzindә olmuş,  әhalinin suya artan tәlәbatının ödәnilmәsi üçün xeyli işlәr görülmüşdür.   Cari il ərzində suvarmanı mütəşəkkil və tələb olunan səviyyədə həyata keçirmək üçün Samux Suvarma Sistemləri İdarəsi həmin dövr üçün fəaliyyətini  təsdiq edilmiş tədbirlər planına uyğun olaraq qurmuşdur.   Kənd təsərrüfatı bitkilərinin suvarılmasının həyata keçirilməsi məqsədilə,  kanalların su limitləri təsdiq edilmiş,  dövlət təsərrüfatlarının,  fermerlərin,  digər sudan istifadə edən qurumların və şəxslərin suya tələbatını təmin etmək üçün lazım olan mövcud imkanlardan maksimum istifadə olunmuşdur.  2022-ci ilin 9 ayı  ərzində  Samux  rayonu ərazisində 28266  hektar suvarılan sahələrdə kənd təsərrüfatı bitkilərinin  suvarılması təmin edilmişdir. İdarənin balansında 554 ədəd subartezian quyusu və 26 ədəd nasos stansiyası,  30 ədəd maşın mexanizm vardır ki,  bunların da hamısı işlək vəziyyətdədirlər. Əkin sahələrinin suvarılması üçün uzunluğu 726,5 km olan  təsərrüfatlararası və təsərrüfatdaxili kanalları mövcuddur.  Bundan 65,5 təsərrüfatlararası,  658 km təsərrüfatdaxili,  3 km suötürücü kanal və 63 ədəd hidrotexniki qurğu,  39 ədəd körpü-keçid,  61 ədəd suölçən qurğu,  14, 5 km drenaj kanal idarənin balansındadır.  Maşın və  mexanizmlər vasitəsilə kanallarda və çaylarda  lildən təmizləmə işləri,  məcra təmizləmə və selə qarşı mübarizə tədbirləri aparılır. Əl ilə lildən təmizləmə,  kol-kosun təmizlənməsi,  boru xətlərinin təmiri,  HTQ təmiri,  betonlanma işlərinin aparılması cari və əsaslı təmir işləri də həyata keçirilir.

2022-ci ilin 9 ayında 287 ədəd nasos,  19 ədəd elektrik avadanlığı təmir edilmişdir.  Eyni zamanda 185, 2 milyon kubmetr su istehsal olunmuş və əkin sahələrinə verilmişdir.  Sel və daşqınlara qarşı mübarizə tədbirləri çərçivəsində  çayların məcraları mexanizmlərlə təmizlənmiş, arxların və kanalların dəhnələri şitlər və digər vasitələrlə möhkəmləndirilmişdir.

Rayon ərazisində sel sularından mühafizə tədbirlərinin həyata keçirilməsi sahəsində də müvafiq işlər görülmüşdür.  Belə ki, sel və daşqınların qarşısını almaq üçün Gəncə çayında,  Qabrri çayında,  Qoşqar çayların məcraları təmizlənmiş,  torpaq işləri görülmüşdür. Əsaslı təmir işləri üzrə drenaj kanalının beton üzlüyə alınması,    əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması və maneəsiz suvarma suyunun axıdılması üçün təsərrüfatlararası və təsərrüfatdaxili kanallarda lildən təmizləmə,  kol-kosdan təmizləmə,  boru kəmərlərinin təmiri,  beton kanallarda təmir işləri aparılmışdır.   Ümumilikdə göstərilən dövrdə 292 kilometr lildən təmizləmə işləri aparılmışdır.  Kanallarda və çaylarda 34 min kubmetr sahilbərkitmə və selə qarşı torpaq işləri görülmüşdür.  Kanallarda 9 ədəd HTQ,  8 ədəd hidropost təmir edilmişdir.  Rayonun bütün kənd təsərrüfatı sahələrində müvafiq işlər  aparılmaqla yanaşı,  irriqasiya sistemlərinin cari təmir işləri görülmüş,  həyətyanı,  bələdiyyə torpaqlarının və digər hüquqi və fiziki şəxslərə məxsus olan torpaqların bir neçə dəfə suvarılması tam təmin edilmişdir.  

Eyni zamanda suvarmada su  itkisinin qarşısının alınması üçün təsərrüfatarası kanallarda planda Allahdad kanalı 2 kilometr və Sərkar arxında  2 kilometr beton işləri nəzərdə tutulub və buna hazırlıq işləri aparılır.

Gülağa Bağırov tam əminliklə bildirdi ki,  Samux Suvarma Sistemlәri İdarәsinin kollektivi qarşıya qoyulmuş vәzifәlәrin vaxtında vә layiqincә yerinә yetirilmәsi üçün bundan sonra da bütün bacarıq vә imkanlarından istifadә edərək bol məhsul yetişdirilməsi və istehsalına nail olacaqdır.

                                               Zabit XƏLİLOV,

            “Respublika”.