Samux: “15 İyun Milli Qurtuluş Günü- Azərbaycan dövlətçiliyinin xilas günüdür” mövzusunda tədbir
Region

Samux: “15 İyun Milli Qurtuluş Günü- Azərbaycan dövlətçiliyinin xilas günüdür” mövzusunda tədbir

YAP Samux Rayon Təşkilatında “15 İyun Milli Qurtuluş Günü-- Azərbaycan dövlətçiliyinin xilas günüdür” mövzusunda  dəyirmi masa keçirildi.

Tədbirdə YAP Samux Rayon Təşkilatının sədri Gündüz Bayramov  qeyd etdi ki, xalqımızın istiqlal tarixinə Milli Qurtuluş Günü kimi daxil оlmuş 1993-cü ilin 15 iyun günü vətənini, xalqını sеvən, həmin çətin və ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün əsl qəhrəmanlıq tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində və gələcəyində müstəsna rоl оynayan, daim xalqına arxalanan Hеydər Əliyеvdir. Sonra tədbirdə iştirak edən fəal  YAP üzvləri  Qurban Həsənov, Gülmira Nəbiyeva, Təhminə Əliyeva, Günel Əhmədova və Lalə Məmmədova tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun 1993-cü il tarixinin onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əziz olduğunu qeyd etdilər.   Natiqlər bildirdilər ki, Azərbaycan dövlətçiliyi ona qarşı yönəldilmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderimiz, müasir Azərbaycanın memarı Heydər Əliyevin misilsiz, alternativi olmayan daxili və xarici siyasətin Prezident cənab İlham Əliyev  tərəfindən  uğurla davam etdirilməsindən,  bu uğurlu fəaliyyətin ölkənin beynəlxalq aləmdəki nüfuzunu möhkəmləndirməsindən danışdılar. Məhz bu düşünülmüş siyasətin respublikada dayanıqlı inkişafı, Azərbaycan xalqının rifah halının yüksəlməsini, ictimai-siyasi sabitliyi, vətəndaş həmrəyliyini, əzmlə aparılan dövlət quruculuğunu hərtərəfli təmin etdiyini diqqətə çatdırdılar.

                          Zabit XƏLİLOV,

                          “Respublika”.