Şamil Ayrım: Qarabağ can içində candır, Qarabağ əbədi Azərbaycandır
MÜSAHİBƏLƏR

Şamil Ayrım: Qarabağ can içində candır, Qarabağ əbədi Azərbaycandır

Biz buraya "Qarabağ can içində candır, Qarabağ əbədi Azərbaycandır" düşüncəsi ilə gəldik. Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupu olaraq önəmli iki günü Azərbaycanla birlikdə qeyd etmək imkanımız oldu. Azərbaycanın Zəfər Gününü və Dövlət Bayrağı Gününü 83 milyonluq Türkiyə xalqı adından ürəkdən təbrik edirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri ölkəmizdə səfərdə olan Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım jurnalistlərə müsahibəsində deyib.

Ş.Ayrım bildirib: "Azərbaycanla təmaslarımız davam edir. Müharibədən sonra ilk dəfə olaraq Azərbaycana səfərə gəlmişik. Bu gün bizim üçün həm sevincli, həm də kədərli gündür. Çünki bu gün qazi Mustafa Kamal Atatürkün vəfat günüdür. Qarabağ Zəfərindən sonra imzalanan Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan əlaqələri daha yüksək səviyyəyə çatıb. Bəyannamədə nəzərdə tutulur ki, əgər iki dövlətdən hər hansı birinə qarşı təhlükə hiss edilərsə, Azərbaycan və Türkiyə lazım olanı edəcək".

Türkiyə ilə Azərbaycanın qardaş ölkələr olmaqla bərabər, həm də dost və müttəfiq olduqlarını deyən Şamil Ayrım qeyd edib ki, səfər çərçivəsində Quba Soyqırımı Memorial Kompleksinin və ərazidəki kütləvi məzarlığın ziyarət edilməsi nəzərdə tutulur.

 AZƏRTAC