Şahmar Mövsümov: Pandemiyadan çıxış yolumuz yalnız vaksinasiyadan asılıdır
Səhiyyə

Şahmar Mövsümov: Pandemiyadan çıxış yolumuz yalnız vaksinasiyadan asılıdır

2020-ci ildə başlamış pandemiya davam edir və bir çox ölkədə növbəti dalğa başlayıb.

Azərbaycanda da yeni dalğanın başladığı görünür. Ölkəmizdə 4 milyon yarım doza peyvənd vurulub və bu peyvəndlər tam təhlükəsizdir. Azərbaycanda vaksinasiyaya başlandığı gündən vəfat edənlərin 99 faizi peyvənd olunmamış insanlar olub. Bizim pandemiyadan çıxış yolumuz yalnız vaksinasiyadan asılıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 26-da təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisi qeyd edib ki, tibb, təhsil və elm müəssisələrində, bütün dövlət qurumlarında və xidmət sektorunda çalışanların 80 faizi sentyabrın 1-dək birinci doza, oktyabrın 1-dək isə ikinci dozanı vurdurmalıdırlar.

Hazırda bu prosesin operativ tətbiqi üçün “ASAN xidmət” tərəfindən proqram təminatı hazırlanıb. Bu proqram təminatı haqqında mərkəz tərəfindən əlavə açıqlama veriləcək.   

AZƏRTAC