Şahid ifadəsi: Ermənilər Şuşa həbsxanasında saxlanılan əsirlərin hamısına işgəncə verirdilər
MÜSAHİBƏLƏR

Şahid ifadəsi: Ermənilər Şuşa həbsxanasında saxlanılan əsirlərin hamısına işgəncə verirdilər

Ağdam şəhəri işğal olunan zaman Qiyaslı kəndində əsir düşmüşdüm. Bizi oradan Şuşa həbsxanasına gətirdilər. Ermənilər burada əsirlərin hamısına - qadınlara, cavanlara, qocalara, uşaqlara ağır işgəncələr verir, hər kəsi döyürdülər. Ölənləri isə sürüyərək həbsxanadan çıxarıb kütləvi şəkildə basdırırdılar.

Bunu AZƏRTAC-a açıqlamasında Birinci Qarabağ müharibəsi zamanı erməni əsirliyində olmuş Cəmaləddin Hüseynov deyib.

Bir il üç ay erməni əsirliyində olmuş Cəmaləddin Hüseynov bu dövdə onlara dəhşətli işgəncələrin verildiyini vurğulayaraq bildirib ki, onun iki qardaşı itkindir, bu vaxtadək onların taleyindən hələ xəbər yoxdur