Sağlamlıq imkanları məhdud uşaqların rəsm sərgisi
Sosial həyat

Sağlamlıq imkanları məhdud uşaqların rəsm sərgisi

Bakı Dəmiryol Vağzalında 3 Dekabr - Beynəlxalq Əlillər Günü ilə əlaqədar rəsm sərgisi keçirilib.  1-3 dekabr tarixlərində baş tutan "Qarabağ rəngli dünyamızda" adlı rəsm sərgisində uşaq və gənc olmaqla 19 sağlamlıq imkanları məhdud şəxsin rəsmləri nümayiş olunub.

Sərgi "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (ADY) təşkilatçılığı, eləcə də "Azərbaycana Birgə Yardım" Təşkilatı (UAFA) və "Bacarıqlı əllər" İctimai Birliyinin birgə dəstəyi ilə baş tutub.

Ölkəmizdə bu kateqoriyaya aid şəxslərin sosial müdafiəsi və reabilitasiyası sahəsində tədbirlər ildən-ilə genişlənir. Eləcə də onların cəmiyyətə inteqrasiyası BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasına uyğun qurulub.

Sərginin təşkilində məqsəd də ADY-nin sosial məsuliyyət tədbirləri çərçivəsində fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək olmaq, bu kateqoriyadan olan insanlara diqqət və qayğısının artırılmasına töhfə verməkdir.

"Respublika".