Ruslan Kazakbayev: Azərbaycan Qırğızıstan üçün çox vacib tərəfdaşdır
Siyasət

Ruslan Kazakbayev: Azərbaycan Qırğızıstan üçün çox vacib tərəfdaşdır

Bu gün azərbaycanlı həmkarım Ceyhun Bayramovla çox faydalı danışıqlar apardıq. Bu danışıqlar bir çox sahələri əhatə etdi. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etdik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən brifinqdə Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayev deyib.

O bildirib: “Bişkek ilə Bakı arasında birbaşa hava reyslərinin bərpa olunması məsələsinə toxunduq. Nəqliyyat dəhlizlərinin açılması barədə fikir mübadiləsi də apardıq. Hazırda ölkələrimiz arasında əlaqələrin gücləndirilməsi prioritet məsələdir”.

Nazir qeyd edib ki, Azərbaycan Qırğızıstanın çox vacib tərəfdaşıdır. Bu tərəfdaşlıq bir çox sahələri əhatə edir. Bu münasibətlərin əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.

AZƏRTAC