Rusiya xarici işlər nazirinin müavini: Ermənilər Qarabağı könüllü tərk edib
Gündəm

Rusiya xarici işlər nazirinin müavini: Ermənilər Qarabağı könüllü tərk edib

Qarabağ erməniləri regionu könüllü tərk edib.

"Respublika"xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Təəssüf ki, Qarabağ ermənilərinin əksəriyyəti regionu tərk edib. Bu, ağır, lakin könüllü seçim olub”, - deyə nazir müavini bildirib.

Qaluzin bildirib ki, Qarabağda vəziyyət köklü şəkildə dəyişdiyindən, Rusiya sülhməramlılarının orada qalma şərtləri yalnız Azərbaycan tərəfi ilə müzakirə olunur: “Qeyd etmək lazımdır ki, tərəfdaşlarla dialoqumuz konstruktiv xarakter daşıyır. Biz bütün məsələləri tərəflərin məqbul saydığı şəkildə həll edirik”.