Rusiya sülhməramlı kontingenti öz fəaliyyətində ikili yanaşma sərgiləyir
Digər xəbərlər

Rusiya sülhməramlı kontingenti öz fəaliyyətində ikili yanaşma sərgiləyir

2020-ci il 10 noyabr Bəyanatına əsasən təmas xətti boyunca Azərbaycanın suveren ərazilərinə yerləşdirilən Rusiya sülhməramlı kontingentin fəaliyyəti təzadlarla doludur.

Qarabağa gəldiyi ilk gündən tərəflərə qarşı ikili yanaşma sərgiləyən, sülhə xidmət etməyən "sülhməramlılar" son günlərdə xüsusi canfəşanlıqla ermənilərin Qarabağda yerləşən separat hərbi birləşmələrinin silah daşımalarına dəstək verməklə məşğuldur. Siyasi şərhçi Zaur Məmmədov son günlərdə Qarabağda baş verən hadisələri şərh edərək bildirib ki, Qarabağ Şərqi Zəngəzurda texniki qurğular vasitəsilə çəkilən videogörüntülərdən ermənilərin etdiyi haqqında  tutarlı məlumatlarmarteriallar  var. Hətta müəyyən vaxtda sülhməramlıların kölgəsində gizlənən ermənilərin özləri üçün səngər qazdıqları, müəyyən yerlərdə müdafiə-istehkam qurğularını düzəltdikləri  hər kəsə aydındırMəlumdur ki, ermənilər Laçın-Xankəndi yolundan hərbi təyinatlı avtomobillərin keçməsinin mümkünsüz olduğundan buna alternativ yol çəkmək istəyirdilər.

Üçtərəfli Bəyanata əsasən Qarabağ ərazisinə yerləşdirilən sülhməramlı kontingent  üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirməlidir, nəinki kimlərisə qorumaq. Başa düşməlidirlər ki, onların vəzifəsi erməniləri qorumaq deyil, Bəyanatın müddəalarına əməl etməkdirHərçənd ki, sülhməramlılar xəbərlərə baxsalar, gündəmlə tanış olsalar, görərlər ki, Nikol Paşinyan onları beynəlxalq sülhməramlılarla əvəz etmək istəyir. Məhz Nikol Paşinyandır ki, Ermənistanda (Qərbi Zəngəzurda) rus hərbçiləri ola-ola -nin xüsusi missionerlərini həmin ərazilərə gətirib. Yəni açıq-aşkar Ermənistan Rusiyaya qarşı çıxan dövlətdir. Amma bunlara baxmayaraq, sülhməramlı kontingentin rəhbərləri öz şəxsi maliyyə ambisiyalarını həyata keçirmək  üçün yolverilməz addımlar atırlar.

Zaur Məmmədov sonda qeyd edib ki, bütün bu olanlara baxmayaraq, Azərbaycan lazım gəldikdə öz ərazisində proseslərə nəzarət etmək iqtidarındadır. Bizdən icazə olmadan kiminsə kiməsə kömək etməsinə icazə verməyəcəkArtıq erməni tərəfinə xəbərdarlıq edildi ki, əgər erməni hərbi birləşmələrinin, terrorçuların silahlandırılması davam edəcəksə qətiyyətli ciddi tədbirlər görüləcək. Ümumiyyətlə, yaxın vaxtlarda erməni hərbi birləşmələrinin ləğv edilməsi  əsas mövzulardan biridir.

Musa BAĞIRLI,

"Respublika".