Rusiya Jurnalistlər İttifaqının katibi: Hər bir jurnalistin həlak olması bütün jurnalistlər birliyi üçün faciədir
Digər xəbərlər

Rusiya Jurnalistlər İttifaqının katibi: Hər bir jurnalistin həlak olması bütün jurnalistlər birliyi üçün faciədir

Rusiya Jurnalistlər İttifaqı Azərbaycanda jurnalistlərin minaya düşərək həlak olması ilə əlaqədar səmimi qəlbdən başsağlığı verir

Rusiya Jurnalistlər İttifaqının katibi Rafael Hüseynov bu sözləri AZƏRTAC-ın müxbiri ilə söhbətində söyləyib. O qeyd edib ki, hər bir jurnalistin həlak olması bütün jurnalistlər birliyi üçün faciədir.

Rafael Hüseynov deyib ki, azərbaycanlı jurnalistlər vəzifə borclarını yerinə yetirərkən həlak olublar. Onlar işğaldan azad olunmuş ərazilərdə mina terrorunun qurbanı olublar.

Dövlətlərin ərazi bütövlüyünə riayət edilməsinin vacibliyini xüsusi vurğulayaraq deyib: “Ümidvarıq ki, Qarabağda tam qəti sülh tezliklə bərqərar olacaq. Bunun üçün Azərbaycan, Ermənistan Rusiya liderləri tərəfindən imzalanmış konkret Bəyanat var”.

AZƏRTAC