Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının deputatı Dmitri Savelyevdən
Məktublar

Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının deputatı Dmitri Savelyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident,

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Siz uzaqgörən, müdrik, qətiyyətli dövlət xadimi kimi bütün gücünüzü və enerjinizi milli birliyin möhkəmlənməsinə, beynəlxalq aləmdə Azərbaycanın mənafeyinin müdafiəsinə, dayanıqlı iqtisadi inkişafın və sosial sabitliyin təmin edilməsinə sərf edirsiniz.

Ölkələrimiz bir-biri ilə qonşuluq münasibətlərini yüksək qiymətləndirir, ən müxtəlif sahələrdə birgə layihələri uğurla inkişaf etdirirlər. Mən səmimiyyətlə inanıram ki, Rusiya-Azərbaycan strateji tərəfdaşlığı ildən-ilə daha da möhkəmlənəcək və genişlənəcəkdir.

Cənab Prezident, bu əlamətdar gündə Sizə nəzərdə tutduğunuz yeni zəfərləri reallaşdırmaq, doğma ölkənizin və onun vətəndaşlarının rifahını daha da yaxşılaşdırmaq naminə fəaliyyətinizdə tükənməz enerji, ruh yüksəkliyi, möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram. Ömrünüzün hər günü sülh, harmoniya və məhəbbətlə dolu olsun!

Hörmətlə, 

Dmitri Savelyev

Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının deputatı