“Rus-Azərbaycan Evi” Regional İctimai Təşkilatının sədri, Novosibirsk Vilayəti Qanunverici Məclisinin deputatı Mayis Məmmədovdan
Məktublar

“Rus-Azərbaycan Evi” Regional İctimai Təşkilatının sədri, Novosibirsk Vilayəti Qanunverici Məclisinin deputatı Mayis Məmmədovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

İcazə verin, Sizi “Rus-Azərbaycan Evi” Regional İctimai Təşkilatı adından və şəxsən öz adımdan əlamətdar yubileyiniz münasibətilə təbrik edim.

Sizin Azərbaycanı müasirləşdirmək istiqamətində gördüyünüz işlər, Qarabağın azad edilməsi uğrunda apardığınız mübarizə məni valeh etdi. Mən, həmçinin Sizin sülhü ədaləti, həmrəyliyi, anlaşma və dozümlülüyü necə reallaşdırmağınıza heyran oldum.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, dayanıqlı inkişaf yolu ilə irəliləmək, nəzərdə tutduğunuz bütün strateji qərarların həyata keçməsi üçün güc-qüvvət arzu edirəm.

Sizə və Azərbaycan xalqına firavanlıq diləyirəm.

Hörmətlə, 

Mayis Məmmədov

“Rus-Azərbaycan Evi” Regional İctimai Təşkilatının sədri,

Novosibirsk Vilayəti Qanunverici Məclisinin deputatı