Roy Entoni Rocers: Azərbaycanın azad edilən torpaqlarında olmaq mənim üçün şərəfdir
MÜSAHİBƏLƏR

Roy Entoni Rocers: Azərbaycanın azad edilən torpaqlarında olmaq mənim üçün şərəfdir

Mən Malayziya-Azərbaycan münasibətləri ilə bağlı araşdırma aparmaq üçün ölkənizə gəlmişəm. Gələn il Azərbaycanla Malayziya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd ediləcək. Bu ərazilərdə olmaqdan çox şadam. Xüsusilə Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin ikinci ildönümü ərəfəsində burada olmaq mənim üçün şərəfdir.

Bunu AZƏRTAC-a açıqlamasında Malaya Universitetinin dosenti Roy Entoni Rocers söyləyib.

"Şuşanın böyük potensialı var. Bu ərazilərdə həm turizmi, həm də kənd təsərrüfatını inkişaf etdirmək mümkündür. Təbii ki, indi əsas problemlərdən biri minaların təmizlənməsidir. Bu ərazilərdə hər yerdə minalar basdırılıb. İnanıram ki, beynəlxalq ictimaiyyət, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı ərazilərin minalardan təmizlənməsi işində Azərbaycana kömək təklif edə bilər", - deyə dosent bildirib.

AZƏRTAC