Rinas Axmadeyev: Çox şadam ki, Bakı marafonunda finiş xəttinə birinci çatdım
MÜSAHİBƏLƏR

Rinas Axmadeyev: Çox şadam ki, Bakı marafonunda finiş xəttinə birinci çatdım

Bu il Bakı marafonunda qalib gəlmək istəyirdim. İstəyimə nail oldum və finişə birinci çatdım. Gələn il paytaxtınıza yenidən gələcəyəm. Bu idman növü ilə peşəkar səviyyədə məşğulam. Belə möhtəşəm yarış təşkil etdiyinə görə Heydər Əliyev Fonduna minnətdarlığımı bildirirəm.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində "Bakı Marafonu 2022"də kişilər arasında birinci yeri tutan rusiyalı iştirakçı Rinas Axmadeyev söyləyib.

Bakı haqqında danışan rusiyalı atlet bildirib ki, Azərbaycan paytaxtı çox gözəl şəhərdir. Buranı gəzmək üçün iki gün bəs etmir. Həqiqətən Bakı çox valehedicidir.

Xatırladaq ki, Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb çalışan əcnəbilər, eləcə də bir sıra digər ölkələrdən nümayəndələr marafonda iştirak üçün müraciət ediblər. Qeydiyyatdan keçənlər arasında Türkiyə, ABŞ, Almaniya, BƏƏ, Böyük Britaniya, Çin, Fransa, Kamerun, Nigeriya, Qazaxıstan, Rusiya, Ukrayna, Uqanda və digər ölkələrdən iştirakçılar var.

AZƏRTAC