RF XİN: Deputat Mixail Delyaginin Azərbaycanla bağlı açıqlamaları tamamilə qəbuledilməz və məsuliyyətsizdir
Siyasət

RF XİN: Deputat Mixail Delyaginin Azərbaycanla bağlı açıqlamaları tamamilə qəbuledilməz və məsuliyyətsizdir

Deputat Mixail Delyaginin Azərbaycan və Qarabağla bağlı açıqlamaları Rusiyanın mövqeyinə uyğun deyil.

AZƏRTAC xəbər verir ki, bunu Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyaginin Azərbaycan və Qarabağla bağlı açıqlamalarını şərh edərkən söyləyib.

"Biz hər hansı bu cür açıqlamaları tamamilə qəbuledilməz və məsuliyyətsiz hesab edirik. Bu cür açıqlamalar heç bir halda ölkəmizin, Rusiya rəhbərliyinin Bakı ilə müttəfiqlik, qarşılıqlı fəaliyyət və strateji tərəfdaşlığın qurulmasına yönəldilən rəsmi mövqeyini əks etdirmir. Əminik ki, ölkəmizin Dövlət Dumasının rəhbərliyi tərəfindən bu cür təxribat xarakterli açıqlamalara müvafiq qiymət veriləcək", - deyə M.Zaxarova bildirib.

AZƏRTAC