Rəşadətli döyüş yolu ilə ucalanlar
Region

Rəşadətli döyüş yolu ilə ucalanlar

Zərdabda şəhid Anar Məmmədzadənin ildönümü mərasimində Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, millət vəkili Jalə Əliyeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri,  şəhidin ailə üzvləri  iştirak ediblər.

Şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub. Gəlmə kənd qəbiristanlığında dəfn olunmuş digər şəhidlərin də məzarları ziyarət edilib.

Rayonun  icra başçısı 44 günlük Vətən müharibəsi haqqında məlumat verib, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun müharibədə möhtəşəm qələbə qazanaraq, dünya hərb tarixinə  şanlı səhifələr yazdığını, ərazi bütövlüyümüzü təmin etdiyini və qəhrəmanlarımızın qanının yerdə qalmadığını diqqətə çatdırıb.

Millət vəkili Jalə Əliyeva qələbə ilə nəticələnən Vətən müharibəsində qanları ilə tarix yazan Azərbaycan əsgərinin şücaətindən söz açıb.

Bildirib ki, qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif olunub, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə edilib.

Şəhidin ailə üzvləri onlara göstərilən dəstəyə, maddi və mənəvi köməkliklərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya  minnətdarlıq ünvanlayıblar.

Maarif  RZAYEV,

"Respublika".