Rəqəmsal texnologiyaların inkişafının müzakirəsi
Digər xəbərlər

Rəqəmsal texnologiyaların inkişafının müzakirəsi

Ölkəmiz İnternet İdarəçilik Forumunun fəal təşkilatçısıdır

Azərbaycanda ilk dəfə olaraq 11-15 mart 2019-cu il tarixində Nəqliyyat, Rabitə Yüksək Texnologiyalar Nazirliyi tərəfindən beynəlxalq  “Kibertəhlükəsizlik həftəsiçərçivəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramı ilə birgə VI Regional İnternet İdarəçilik Forumu keçirilmişdir. ForumKibertəhlükəsizlik bizim ortaq məsuliyyətimizmövzusuna həsr olunmuşdur. Regional İnternet İdarəçilik Forumunun keçirilməsində əsas məqsəd daha səmərəli, effektli regional iqtisadi inkişafa mədəni irəliləyişə nail olmaq üçün internetin tətbiqinin müxtəlif yollarını nümayiş etdirmək olmuşdur. İdarəçilik Forumu yerli iştirakçıların beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsi əməkdaşlıq qurması, bu sahədə  mövcud vəziyyətin, qarşıya qoyulmuş vəzifələrin, müvafiq xarici strukturlara inteqrasiya məsələlərinin birgə müzakirəsi maraqlı innovativ layihələrin nümayişi üçün platformadır.

Bakıda keçirilən VI Regional İnternet İdarəçilik Forumunda aparılan müzakirələrdə hökumət, biznes, diplomatik korpusların səlahiyyətli nümayəndələri, elm vətəndaş cəmiyyətinin, internet ictimaiyyətinin mütəxəssisləri iştirak etmişdir. Qeyd edək ki, bu gün ölkəmiz İnternet İdarəçilik Forumunun aktiv iştirakçısı təşkilatçısıdır. 2012-ci ildə Bakıda İnternet İdarəçilik Forumunun keçirilməsindən sonra hər il ölkəmizdə Regional İnternet İdarəçilik Forumu keçirilməkdədir. Azərbaycan 20 ilə yaxındır ki, BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq edir, informasiya-kommunikasiya texnologiyaları sahəsində bir çox layihələrə dəstək verir.

Ümummilli lider Heydər Əliyev tərəfindən 2003- ildə təsdiq edilmişAzərbaycan Respublikasının inkişafı naminə  informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012)” məhz BMT-nin İnkişaf Proqramı ilə  birgə  layihə çərçivəsində hazırlanıb. Həmçinin ölkəmiz üçün  mühüm əhəmiyyət daşıyanAzDatacomşəbəkəsi, regionda ilk TİER-3 səviyyəli Data Mərkəzin qurulması birgə əməkdaşlığın nəticəsidir. Bu layihələr ölkəmizdə dayanıqlı inkişafa böyük töhfə verib. Bu gün BMT İnkişaf Proqramı ilə sıx əməkdaşlıq  davam etdirilir. Birgə əməkdaşlıq çərçivəsində hazırlanmış, “Bilik İqtisadiyyatı-Azərbaycan İnnovasiya Yol xəritəsiölkəmiz üçün çox önəm daşıyır. Ölkəmiz konfransda Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına yenidən, Radiotənzimləmə Bürosuna isə ilk dəfə üzv seçilib. Qlobal İnternet İdarəçilik Forumları məhz Beynəlxalq Telekommunikasiya İttifaqının təşəbbüsüdür. Vurğulamaq lazımdır ki, “Kibertəhlükəsizlik həftəsiçərçivəsində İnternet İdarəçilik Forumunun keçirilməsi təsadüfi deyil. Çünki müasir texnologiyalar, internet hazırda insanların, cəmiyyətin, dövlətin inkişafında əvəzedilməz rola malikdir. İnternet təhsilə, səhiyyəyə, ticarətə, mediaya, məşğulluğa bir çox digər sahələrdə inkişaf üçün yeni imkanlar yaradıb. İnternet tətbiqləri, sosial şəbəkələr insanlar üçün müasir ünsiyyət formasına çevrilib. Bu gün internet sayəsində açıq şəffaf idarəetmə sistemi formalaşıb, vətəndaş-dövlət münasibətləri yeni məzmun alıb. Lakin, eyni zamanda, bu inkişaf dünyada kibertəhlükəsizliklə bağlı ciddi problemlər yaradıb. Ona görə Azərbaycan Respublikasının kibertəhlükəsizlik strategiyası (2019-2024)” hazırlanıb təsdiq olunub.

İnternet İdarəçilik Forumunun keçirilməsi öz ətrafında bütün maraqlı tərəfləri birləşdirməklə milli regional qlobal səviyyədə mövcud olan məsələlərin müzakirəsində mühüm əhəmiyyət  kəsb edir. Bu forum internetin gələcəyi ilə bağlı əhəmiyyətli müzakirələrin aparılmasına yol açıb. Eyni zamanda, forum heç kim kənarda qalmasın prinsipinə uyğun olaraq sadə insanların həyatını yaxşıya doğru dəyişmək, yeni nəsil idarəetmə üsullarını inkişaf etdirmək, eləcə , internet texnologiyalarının potensialını daha yaxından araşdırmaq üçün yeni imkanlar irəli sürür, daha əhatəli hər kəs üçün əlçatan olan idarəetmə platformasını yaradırForumda çxış edənlər Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı ilə bütün sahələrdə səmərəli əməkdaşlıq etdiyini vurğulayıb qeyd ediblər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən informasiya-kommunikasiya texnologiyaları, innovasiyalar sahəsinin inkişafına böyük diqqət, qayğı dəstək göstərilir.

Bundan başqa, Bakı VI Regional İnternet İdarəçilik ForumundaRegionun kibertəhlükəsizlik məsələləri”, “Kibertəhlükəsizlik sahəsində beynəlxalq təcrübə”, “Kibertəhlükəsizlikdə innovativ həllərUşaqlar üçün təhlükəsiz internetmövzularında da geniş müzakirələr aparılıb. 2019-cu il 31 may-3 iyun tarixlərində Azərbaycan Gənclər Fondunun təşkilatçılığı  ilə baş tutan Forumda gənclər təşkilatları, ali təhsil ocaqları, 250-ə yaxın gənc internet idarəçiliyi sahəsində debatlarda fəal iştirak etmişdir. İnternet İdarəçiliyi Forumunun təşkilində əsas məqsəd gəncləri bir araya toplayaraq rəqəmsal texnologiyalar internet sahəsində inkişaf tendensiyalarının müzakirə şərh edilməsi, internet idarəçiliyinə dair siyasətin formalaşması prosesində gənclərin yaxından iştirak etməsinə şəraitin yaradılmasıdır. Forumun ilk iki günü  iştirakçıların internet idarəçiliyi, təhlükəsizlik, internet resurslarının sosial iqtisadi inkişaf məqsədləri üçün daha geniş tətbiq olunması digər sahələrdə nəzəri praktik bilik, bacarıqlarının gücləndirilməsinə yönəlib. Burada internet idarəçiliyinin təməl prinsipləri, gənclərin fikirlərinin formalaşmasında sosial medianın rolu gənclər üçün internetin yaratdığı biznes imkanları digər məsələlər ətrafında müzakirələr aparılıb. Bu foruma-Gürcüstan, Ukrayna, Hollandiya, Yunanıstan, Moldova, Serbiya, Türkiyə daxil olmaqla dünyanın müxtəlif ölkələrindən, həmçinin Azərbaycanın müxtəlif bölgələrindən əsasən, 17-19 yaş arası  24 gənc qatılıb. Gənclərin  İnternet İdarəçiliyi Forumunda iştirak çıxış edən BMT-nin İnkişaf Proqramının səlahiyyətli nümayəndəsi gənclərə müraciətində vurğulayıb ki, bu gün biz, dünyada gənclərin sayının ən çox təsadüf etdiyi bir dövrdə yaşayırıq siz, bu önəmli dövrün, zamanın əsas öncüllərindənsiniz. Siz cəmiyyətdə müsbət dəyişiklik yaratmağa qadirsiniz biz dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi kimi mühüm bir missiyada sizə güvənirik.

BMT-nin İnkişaf Proqramı Azərbaycanda Gənclərin İnternet İdarəçiliyi Forumu kimi müxtəlif platformalar vasitəsilə ölkənin ayrı-ayrı yerlərində yaşayan müxtəlif sosial-iqtisadi təcrübəyə malik gəncləri əhatə edən layihələr həyata keçirir heç kim kənarda qalmasın prinsipinə uyğun olaraq inkişaf layihələrindən hər kəsin yararlana biləcəyi bir mühit yaratmağa çalışır.

Əli SADIQOV,

Respublika”.