Rəqəmsal inkişaf və nəqliyyat naziri Avropa Parlamenti komitəsinin sədr müavini ilə görüşüb
Siyasət

Rəqəmsal inkişaf və nəqliyyat naziri Avropa Parlamenti komitəsinin sədr müavini ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Avropa Parlamentinin üzvü, Nəqliyyat və Turizm Komitəsinin sədr müavini Andris Amerikslə görüş keçirib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin dinamik inkişaf etdiyi, rəqəmsallaşma və nəqliyyat sahəsi də daxil olmaqla müxtəlif sektorlar üzrə əməkdaşlıq üçün böyük potensialın olduğu bildirilib.

Daha sıx əlaqələrin qurulması üçün irəli sürülən təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC