Rəcəb Tayyib Ərdoğanın qələbə qazanacağı real görünür
Türk dünyası

Rəcəb Tayyib Ərdoğanın qələbə qazanacağı real görünür

Dünyanın maraqla müşahidə etdiyi prezident seçkilərinə sayılı günlər qalıbÖlkədə yüksək demokratiya şəraitində keçirilən seçkilərdə hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanın qalib gələcəyinə xalq daha çox inanır. Çünki Türkiyə xalqı 21 ildir hakimiyyətdə olan öz liderinə güvənir yenə onu dəstəkləyir. Buna nümunə olaraq, birinci turda Rəcəb Tayyib Ərdoğanın məhz zəlzələ bölgəsindən daha çox səs almasını göstərmək olar. Türkiyə lideri dəhşətli zəlzələ zamanı dərhal bütün lazımi tədbirləri həyata keçirərək insanların yanında oldu, onların acısını bölüşdü. Tamamilə dağılmış bölgələrin yenidən qurulması üçün sürətli tikinti işlərinə başlamaq barədə göstəriş verdi.

Bəli, xalq öz liderinin qələbəsinə inanır, bunun səbəblərindən biri "Ata" İttifaqından prezidentliyə keçmiş namizəd Sinan Oğanın prezident seçkilərinin ikinci turunda "Cümhur İttifaqı"ndan prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğanı dəstəkləməsi ilə bağlı açıqlamasıdır. Məlum olduğu kimi, Sinan Oğan Türkiyədə mayın 14- keçirilən prezident seçkilərində 5 faizdən artıq səs toplayaraq seçkilərdə üçüncü olub. Bu, 3 milyona yaxın seçicinin səsini toplamaq deməkdir.

1966- ildə Türkiyənin İğdır vilayətində doğulan Sinan Oğan Azərbaycan əsillidir. O, 1989-cu ildə Mərmərə Universitetini bitirib. 1993-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində dekan müavini vəzifəsində işləyən Sinan Oğan 2000-ci ildə Türkiyədə Avrasiya Strateji Araşdırmalar Mərkəzində çalışmağa başlayıb. 2011-ci ildə Milliyyətçi Hərəkat Partiyasının İğdır bölgəsindən millət vəkilliyinə namizəd olub. Türkiyə-Azərbaycan dərnəyinin rəhbəri olan Sinan Oğan Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərdə qalib gələrək deputat mandatı qazanıb. O, hazırda Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəridir. 2023- ilin may ayında Türkiyədə keçirilən prezident seçkilərində "ATA" İttifaqının vahid namizədi olub.

Sinan Oğanın iştirakı ilə Türkiyədə 20 Yanvar, Xocalı soyqırımı, 1918-ci il mart qırğınlarının qurbanlarının xatirəsinə həsr olunan çoxsaylı tədbirlər təşkil olunub. Azərbaycan dövləti xalqının maraqlarının müdafiəsi üçün Türkiyə Azərbaycan Dərnəyi (TAD) diaspor təşkilatını yaradıb.

 Sinan Oğanın Prezident seçkilərinin ikinci turunda kimi dəstəkləyəcəyi ilə bağlı keçirdiyi brifinqdə "Cümhur İttifaqı"nın namizədi, Prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini elan etməsi seçkinin taleyinə əhəmiyyətli təsir göstərəcək. Sinan Oğanın fikirləri dövlətçi mövqeyi ifadə edir, əks tərəfdə isə PKK dayanır. Sinan Oğanın sözlərinə görə, parlamentdə çoxluq qazanan "Cümhur İttifaqı" prezident seçkilərində qalib gəlməlidir. O, seçicilərini R.T.Ərdoğana səs verməyə çağırıb. Sinan Oğan bildirib ki, miqrantlar, zəlzələ iqtisadi məsələlər Türkiyə üçün vacib olaraq qalmaqdadır. Siyasətçi, həmçinin əlavə edib ki, Türk Dövlətləri Təşkilatı (TDT) daha da gücləndirilməli onun əməkdaşlıq sahələri genişləndirilməlidir.

Rəcəb Tayyib Ərdoğan verdiyi qərarına görə Sinan Oğana təşəkkür edib. AKP lideri Oğanın millətin dəstəyi ilə ikinci turda qələbə qazanacağına inandığını deyib. Türkiyə lideri, həmçinin S.Oğanın müxalifət tərəfindən sərt tənqid edilməsini bunun gözlənilən olduğunu vurğulayıb. "Sinan bəy, bizim terrorla mübarizə, türk dünyası ilə münasibətlər başda olmaqla, vətənimizin əbədiliyi baxımından qəti tutumumuzu çox yaxşı bilir. Bu güc birliyinin millətimizin ölkəmizin faydasına olacağına inanıram", - deyə Ərdoğan qeyd edib.

Xatırladaq ki, mayın 14- keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 faizdən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28- keçiriləcək. Bu mərhələdə "Cümhur İttifaqı"nın prezidentliyə namizədi, hakim Ədalət İnkişaf Partiyasının sədri hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan "Millət İttifaqı"nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaqlar. İkinci turda ən çox səs toplayan iki namizəddən biri Türkiyənin 13- prezidenti seçiləcək.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.