Rauf Zeyni Avrasiya Xalqları Assambleyası Baş katibinin müavini seçilib
Digər xəbərlər

Rauf Zeyni Avrasiya Xalqları Assambleyası Baş katibinin müavini seçilib

16 iyul 2021-ci il tarixdə Avrasiya Xalqları Baş Assambleyasın Ali Şurasının yeni heyətdə ilk iclası keçirilib.

Qeyd edək ki, 9 iyulda Ali Şuraya - Avstriya, Azərbaycan, Ermənistan, Benin, Bolqarıstan, Bosniya və Hersoqovina, Vyetnam, Almaniya, Gürcüstan, Danimarka, Misir, İran, İspaniya, İtaliya, Qazaxıstan, Kamerun, Çin, Qırğızıstan, Litva, Makedoniya, Moldova, Fələstin, Rusiya, Serbiya, Sloveniya, Tacikistan, Türkmənistan, Türkiyə, Finlandiya, Fransa, Çernoqoriya, Çex Respublikası və İsveçrə kimi 33 ölkədən qeyri-hökumət təşkilatlarının nümayəndələri müəyyənləşib.

Ali Şuranın üzvlüyünə Azərbaycandan seçilənlər isə Azərbaycan QHT-lərinin Milli Forumunun prezidenti  Rauf Zeyni və Beynəlxalq Muğam Mərkəzinin direktoru Murat Hüseynov olub.

Assambleyanın fəaliyyətini idarə etmək üçün daimi bir kollegial icra orqanı olan Ali Şuranın ilk iclasında Avrasiya Xalqları Assambleyasının Baş katibi Andrey Yuryevich Belyaninov seçilib.

Ali Şuranın üzvləri arasından Assambleyasının Baş katibinin müavinləri seçilib.

Azərbaycan QHT-lərinin Milli Forumunun prezidenti Rauf Zeyni də Baş katibin müavini seçilib.

Ülvi QARAYEV,

“Respublika”.