Raket və artilleriya bölmələrində döyüş atışları icra edilib
Digər xəbərlər

Raket və artilleriya bölmələrində döyüş atışları icra edilib

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq, Raket və Artilleriya Qoşunlarının bölmələrində döyüş atışları icra edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi heyətin səhra vərdişlərinin və praktiki bacarıqlarının artırılması məqsədilə keçirilən təlimdə artilleriya bölmələri cəmləşmə rayonlarına çıxarıldıqdan sonra təyin olunmuş yerlərdə atəş mövqelərini tutublar.

Atəşin idarəedilməsi və digər suallar məşq etdirilərək hərbi qulluqçuların bilik və bacarıqları təkmilləşdirilib.

Bölmələr şərti düşmən hədəflərini sərrast atəşlə məhv edərək qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

AZƏRTAC