Qurban bayramında şəhid ailələri və qazilər ziyarət edildi
Sosial həyat

Qurban bayramında şəhid ailələri və qazilər ziyarət edildi

 Azərbaycanda milli-mənəvi həmrəyliyin, saflıq və mərhəmətin təntənəsinə çevrilən Qurban bayramı hər il böyük sevinc və yüksək əhvali-ruhiyyə ilə qeyd olunur. Ölkəmizin hər yerində qurbanlar kəsilir, dövlətimizin, xalqımızın sosial-iqtisadi inkişafı və firavanlığı üçün dualar oxunur, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilir.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin ailələrinə, həmçinin müharibə veteranlarına dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyev mütəmadi olaraq onlarla görüşür, problemlərini dinləyir, yaşayış şəraitlərinin və maddi rifahlarının yaxşılaşdırılması ilə bağlı sərəncamlar verir.

Kürdəmir Rayon İcra Hakimiyyəti  müqəddəs Qurban bayramında şəhidlərimizi unutmadı, onların ailələrinə, eləcə də müharibə əlillərinə və qazilərə ümumilikdə 266 ailəyə ərzaq yardımı göstərdi, bayramlarını təbrik etdi.

Tofiq HÜSEYN,

 “Respublika”.