Quram Marxuliya: Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynayıb
MÜSAHİBƏLƏR

Quram Marxuliya: Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynayıb

Hər bir xalqın taleyüklü məsələlərinin həllində həmrəylik, xalqla dövlətin birliyi mühüm əhəmiyyət kəsb edir. Biz 2020-ci ilin sonlarında Azərbaycanın 44 günlük Vətən müharibəsi dövründə bunun bir daha şahidi olduq. Azərbaycanda 44 günlük Vətən müharibəsi dövründə xalqın həmrəyliyi çox güclü idi.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın Suxumi Dövlət Universitetinin professoru tarixçi Quram Marxuliya söyləyib.

Onun sözlərinə görə, Azərbaycanda gənc nəsil əsl vətənpərvərlik ruhunda yetişir. Azərbaycan Prezidentinin apardığı uğurlu daxili və xarici siyasət gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində də özünü göstərib. Məhz bu siyasət nəticəsində Azərbaycan işğal altındakı ərazilərini qısa müddətdə azad etdi. Bu, çox böyük qələbədir.

Tarixçi alim hesab edir ki, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Qələbəsi bölgəyə sülh, əmin-amanlıq və inkişaf gətirib.

"Region ölkələri sabitlik və firavanlığa nail olmaq üçün əməkdaşlığı daha da gücləndirməlidir", - deyə Q.Marxuliya vurğulayıb.

AZƏRTAC