QUBADLI quruculuğun yeni ünvanı
Digər xəbərlər

QUBADLI quruculuğun yeni ünvanı

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbə şanlı tariximizə qızıl hərflərlə həkk olundu. Artıq 3 ildir ki, düşmən tapdağından azad olunmuş ərazilərimizdə Azərbaycan bayrağı dalğalanır. Öz məhsuldar torpaqları, meşələri, qiymətli bitkiləri ilə seçilən dağlıq rayonlarımızdan biri Qubadlıdır.

Hələ işğaldan öncə Qubadlı ölkəmizin əsas kənd təsərrüfatı rayonlarından biri olmuşdur. Buradakı mərmər, əhəng daşı, qum-gil yataqlarından istifadə bölgənin iqtisadiyyatında xüsusi əhəmiyyət kəsb etmişdir. İşğal nəticəsində Qubadlının 30 minə yaxın əhalisi yurd-yuvasından didərgin düşmüş, köçkün həyatı yaşamaq məcburiyyətində qalmışlar. Erməni dığaları demək olar ki, buradakı bütün yaşayış məntəqələrini, inzibati binaları, sosial-təsərrüfat, mədəniyyət obyektlərini, o cümlədən məscidləri, bütün infrastrukturu dağıtmışlar. Ən dəhşətli faktlardan biri isə rayonun təbiətinə qarşı ekoloji terrorun törədilməsidir. Meşələrin, nadir ağac bitki növlərinin məhv edilməsi erməni vandallığının bariz nümunəsidir.

Daha bir vəhşiliyin sübutu məşhur Qubadlı tarix-diyarşünaslıq muzeyinin yandırılması olmuşdur. Muzeydəki eksponantlar isə işğal zonasında qaldığı üçün ermənilər tərəfindən talan edilmişdir. İrəvan Qubadlıda qanunsuz məskunlaşdırma siyasəti həyata keçirmiş, bununla da Cenevrə konvensiyalarını kobud şəkildə pozmuşdur. Şübhəsiz, bütün bu xain əməllər cavabsız qalmamış, Müzəffər Ali Baş Komandan rəşadətli Azərbaycan ordusu bütün hüquq pozuntularına, terrora dağıntılara son qoymuşdur. Qubadlı uğrunda gedən döyüşlərdə Ermənistan ordusu canlı qüvvə texnikasının xeyli hissəsini itirmiş, məğlubiyyətə boyun əymişdir. Qubadlının düşmən tapdağından azad olunması ilə Silahlı Qüvvələrimiz Laçın yolu istiqamətində irəliləməyə başlamışdır. Qubadlı uğrunda döyüşlər çox çətin şəraitdə aparılmışdır. Buna əsas səbəb rayonun dağlıq ərazidə yerləşməsidir. Həmçinin, düşmənin hərbi birləşmələri tərəfindən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açılırdı. Amma bütün çətinliklərə baxmayaraq, ordumuz yüksək peşəkarlıq fədakarlıqla bu vəzifənin öhdəsindən layiqincə gəlmişdir. Hərbi qulluqçularımızın Qubadlının azad edilməsi istiqamətindəki fədakarlıqları dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, 2020-ci il noyabrın 26-da "Qubadlının azad olunmasına görə" medalı təsis edilmişdir.

Bu gün bütün azad olunmuş ərazilərimizdə olduğu kimi, Qubadlı rayonunda da yenidənqurma bərpa işləri aparılır. Dövlətimizin başçısının bu yerlərdə aparılan bərpa-quruculuq işlərinin səmərəliliyinin artırılması məqsədilə 24 noyabr 2020-ci ildə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında" Sərəncam imzalaması Prezident İlham Əliyevin diqqət qayğısının nümunəsidir. Tikinti işləri ən müasir formada aparılmaqla yanaşı, rayonun təbiətinə, meşələrinə, memarlığına, tarixi keçmişinə xüsusi nəzər yetirilir.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan rayonlar arasında birləşməni təmin edən dördzolaqlı yolun bir hissəsinin Qubadlıdan keçməsi ərazinin strateji əhəmiyyətini özündə ehtiva edir. Bu yol Qubadlının həm Şərqi Zəngəzur iqtisadi rayonları ilə, həm bütövlükdə respublikamızın digər bölgələri ilə rahat inteqrasiyasına şərait yaradacaq. Qubadlıda enerji təchizatı istiqamətində mühüm işlər görülür. Sistem əhəmiyyətli 110/35/10 kV-luq "Qubadlı" yarımstansiyasının istifadəyə verilməsi bunu bir daha təsdiq edir. Bundan başqa, rayonun Azərbaycanın ümumi enerji sisteminə qoşulması dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi üçün "Şükürbəyli" yarımstansiyasından "Cəbrayıl" yarımstansiyasına giriş-çıxış olmaqla 76 kilometr məsafədə ikidövrəli 110 kV-luq yüksəkgərginlikli "Qubadlı-1", "Qubadlı-2" elektrik verilişi xətti çəkilmişdir.

Ölkə başçımız, həmçinin bu il mayın 4- Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin təməlinin qoyulması mərasimində iştirak etmişdir. Ümumi sahəsi 2,6 hektara yaxın olan məhəllənin yerləşdiyi ərazi çay dağ mənzərəsi ilə əhatə olunmuş, yaşayış məntəqəsinin şəhərin təsdiq edilmiş ümumi planına uyğun salınması nəzərdə tutulmuşdur. Bundan başqa, məhəllədə binaların üçmərtəbəli dördmərtəbəli olacağı planlaşdırılır. Ümumilikdə, məhəllədə 156 mənzil tikiləcək. Həmin mənzillərdən 48-i ikiotaqlı, 68-i üçotaqlı, 20-si dördotaqlı, 20-si isə beşotaqlı olacaq. Binaların inşasında müasir memarlıq yanaşmalarından milli naxış elementlərindən istifadə olunacaq. Məhəllədə idman meydançalarının, istirahət guşələrinin, velosiped dayanacaqlarının digər zəruri infrastruktur obyektlərinin yaradılması, geniş yaşıllıq zolaqlarının salınması da planlaşdırılmışdır. Qeyd edək ki, binalar daimi su, elektrik yüksəksürətli internet ilə təmin ediləcək, isti su təchizatı isə mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcək.

Nəzrin ELDARQIZI,

"Respublika".