Quba rayonunda vətəndaşların müraciətləri dinlənilib
Sosial həyat

Quba rayonunda vətəndaşların müraciətləri dinlənilib

Prezident İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulları keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həlli ilə bağlı müvafiq tədbirlər görülür.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mayın 23- Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Quba rayonundakı Heydər Əliyev Mərkəzində vətəndaşların müraciətlərini dinləyib. Görüşdə Quba Qusar rayon sakinlərinin ərizə, müraciət təkliflərinə baxılıb.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.

Sonra Quba Qusar rayon sakinlərinin ərizə, müraciət təkliflərinə baxılıb. Vətəndaşların müraciətləri əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq bir sıra digər məsələlərlə bağlı olub.

Vətəndaşların Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid müraciətləri Komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə dinlənilib, ərizələri qəbul edilərək, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.