Qorxmaz gizir
Region

Qorxmaz gizir

Vətən müharibəsində qəhrəmanlıq dastanı yazan oğullarımızdan biri də Nağıyev Elfaq Azad oğludur. Vətən torpaqları tam olsun deyə ölümün gözünə dik baxaraq Şəhidlik zirvəsinə ucalmış Elfaq Nağıyevin 25 yaşı tamam olub.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri qayğı Gədəbəydə də hər zaman örnək və nümunə götürülür.

25 yaşı tamam olan Elfaq Nağıyevin xatirəsi  yad olunub.

Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının vəzifəsini icra edən Natiq Nağıyev, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elçin Zeynalabdiyev, YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev və digər qonaqlar Parakənd kəndində olub, şəhidimizin doğum günündə ailə üzvləri ilə birlikdə məzarını ziyarət edərək tər qərənfillər düzüb, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Qeyd edək ki, müharibədə qəhrəmanlıq göstərən "Qorxmaz gizir" ləqəbli şəhid Elfaq Nağıyev ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda", "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Vəli VƏLİYEV,

"Respublika".