Qorxaq, riyakar olduqları qədər həm də dağıdıcı, vandal  ermənilər humanistlikdən uzaq, insanlıqdan kənar  bir toplumdur
Digər xəbərlər

Qorxaq, riyakar olduqları qədər həm də dağıdıcı, vandal  ermənilər humanistlikdən uzaq, insanlıqdan kənar  bir toplumdur

Onlar istər müharibə dövründə, istərsə də müharibədən sonra   beynəlxalq hüquq normalarına, qanunun aliliyinə məhəl qoymayaraq misli görünməmiş cinayətlər törətmişlər

Prezident  İlham Əliyev Azərbaycana rəhbərliyinin ilk günlərindən ölkəmizin  tərəqqisinə, beynəlxalq aləmə inteqrasiyasına  yönəlmiş  siyasət həyata keçirərək iqtisadi inkişafa, ölkələr arasında Azərbaycanın imzasını tanıtmağa müvəffəq olmuşdur. 19 illik prezidentlik dövründə dövlətinin, xalqının mənafeyinə xidmət göstərən, onu söz sahibi edən ölkə başçımız  müdrik siyasəti, yorulmaz fəaliyyəti ilə Azərbaycanın   bütün sahələrdə irəliləyişini təmin etməklə yanaşı, onun haqq səsini  dünyaya çatdıran, haqlı mövqeyinin müdafiəçisi olan  qətiyyətli, prinsipial  liderdir.

Müstəqilliyinin bərpasının ilk illərində bütün sahələrdə geriləyən, daxili sabitliyi pozulan Azərbaycan o dövrdə torpaqlarının 20 faizdən çoxunu itirdi. Sovetlər birliyinin dağılması, müstəqilliyini yenicə bərpa etməsi ölkəmizdə bütün sahələrdə durğunluq yaratmış, respublika daxilində hərc-mərcliyə, özbaşınalığa meydan açmışdı. Bir müddət əvvəl  isə ulu öndər Heydər Əliyevin Moskvada siyasi hakimiyyətdən uzaqlaşdırılması əsrlər boyu Azərbaycan xalqına qarşı düşmənçilik siyasəti yürüdən Ermənistan üçün əsl girəvə olmuşdu. 1988-1992-ci illərdə Ermənistanın təcavüzünə məruz qalan xalqımız doğma yurd-yuvalarından zorla  didərgin salınmış, şəhər və kəndlərimiz erməni əsarətində qalmışdır. Azğınlaşmış ermənilər 1988-ci ilin noyabrında vətənimizin dilbər guşəsi olan qədim  Şuşanın nadir sərvətlərindən biri, əsl təbiət möcüzəsi olan Topxana meşəsini yandırmaqla vandallıq, işğalçılıq əməllərinə başlamış, günbəgün zəbt etdiyi ərazilərin sayını artıraraq Azərbaycan xalqının izlərini bu yerlərdən silməyə çalışmışlar.

Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə respublikada atəşkəsə nail olunmuş, ulu öndərin gələcəyə hədəflənmiş müdrik siyasəti sayəsində düşmənin işğalçılığının qarşısı alınmışdı. Lakin mənfur ermənilər zəbt etdiyi torpaqlarda  vandallıq, insanlığa sığmayan əməllər törədərək şəhər və kəndlərimizi yer üzündən silmiş, Qarabağda dünyanın bir çox xarici şirkətlərinin filiallarını yaradaraq müxtəlif, o cümlədən mədənçilik, tikinti, ağac emalı, telekommunikasiya və digər sahələr üzrə Azərbaycanın icazəsi olmadan qanunsuz fəaliyyət göstərmişlər. Respublikanın təbiətinə, ekologiyasına ölçüyəgəlməz dərəcədə ziyan vuran mənfur düşmən, eyni zamanda xalqımıza məxsus yüzlərlə tarixi abidələrimizi,  ziyarətgahlarımızı, məscidlərimizi dağıtmışdır. Bu öz təsdiqini tapmış faktdır ki,  kənd, şəhər və qəsəbələrin dağıdılması Birinci Qarabağ müharibəsi zamanı deyil, müharibədən sonra  qəsd edilərək həyata keçirilmişdir.

İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra işğaldan azad olunmuş ərazilərimizin hanşı vəziyyətdə olduğu  bütün dünyanın gözü qarşısındadır. Daşı daş üstə qoymayan ermənilər 30 il işğal altında qalan torpaqlarımızda olan 67 məsciddən, dini inanc yerlərimizdən 65-ni dağıtmış, mədəniyyət abidələrimizi ya məhv etmiş, ya da özününküləşdirməyə çalışmışdır. Bu isə erməni vəhşiliyinın, vandallığının ən çirkin nümunəsidir.

Qorxaq, riyakar olduqları qədər, həm də dağıdıcı, vandal ermənilər humanistlikdən uzaq, insanlıqdan kənar  bir toplumdur. Belə ki, insanlıq hissi olmayan bu varlıqlar istər müharibə dövründə, istərsə də müharibədən sonra beynəlxalq hüquq normalarına, qanunun aliliyinə məhəl qoymayaraq misli görünməmiş cinayətlər törətmişlər. 27 sentyabr 2020-ci ildə  ərazi bütövlüyünü pozan erməniləri hərbi yolla torpaqlarından çıxaran  Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində hərbi əməliyyatlar həyata keçirmiş, heç bir yaşayış yerini, dinc əhalini hədəf almamışdır. Düşməni döyüş meydanında məhv edən milli ordumuzun əsgər və zabitləri yalnız qarşı tərəfin hərbi obyektlərini, silah və sursatlarını sıradan çıxarmışdır. Düşməndən fərqli olaraq dinc əhaliyə silah tuşlamayan, yaşayış ərazilərinə raketlər atmayan qəhrəman oğullarımız müharibəni mərdliklə, cəsurluqla sona çatdırmışlar.

Müharibələrin də öz qanunları var. Haqlı və haqsız olmasından asılı olmayaraq hər iki tərəf  beynəlxalq səviyyədə qəbul olunmuş bu qanunlar çərçivəsində hərəkət etməli, müharibə cinayətləri törətməkdən çəkinməlidir. Lakin mənfur, qaniçən, uşaq, qadın, qoca bilmədən  qarşısına çıxan hər kəsə silah qaldıran ermənilər bu xüsusiyyətlərini hələ Xocalı faciəsində göstərmişlər. İkinci  Qarabağ müharibəsi zamanı və postmüharibə dövründə də ermənilər bu xislətlərindən əl çəkmədilər. Belə ki, Vətən müharibəsinin ikinci günündə - 28 sentyabrda, erməni silahlı qüvvələri Tərtər şəhərini və Birinci Qarabağ müharibəsində qaçqın düşən azərbaycanlılar üçün inşa edilən Şıxarxı bombalamışlar. Böyük dağıntılara və çoxlu sayda mülki insanların  ölümünə səbəb olan raket hücumları oktyabrın 29-na qədər davam etmiş və bu müddət ərzində Tərtər rayonu ərazisinə 15.500 mərmi atılmış,  məktəblər, xəstəxanalar və dövlət binaları da daxil olmaqla mindən çox mülki obyekt ziyan görmüş və ya məhv edilmişdir.

Oktyabr ayının 4-dən başlayaraq döyüş zonasından çox uzaqda yerləşən  Gəncə şəhəri də erməni silahlı qüvvələri tərəfindən  ayrı-ayrı vaxtlarda 5 dəfə  raket atəşlərinə məruz qalmış, 30 nəfərə yaxın mülki vətəndaşımız şəhid olmuş, 100-dən çox insan yaralanmışdır. Bombalanma zamanı insan tələfatı ilə yanaşı, şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər binalara, avtomobillərə ziyan dəymişdir. Gəncənin bombalanmasından sonra Bərdə şəhərini hədəf alan erməni silahlı birləşmələrinin  oktyabr ayının 28-də günorta saatlarında şəhərin dinc sakinlərinin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli əməliyyat-taktiki təyinatlı 9M525 qəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik “claster” tipli 2 ədəd raket zərbələri endirmələri nəticəsində 5-i qadın olmaqla, 21 nəfər mülki şəxs həlak olmuş, 8-i uşaq, 15-i qadın olmaqla 70  mülki Azərbaycan vətəndaşı isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Raket zərbələrindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəymişdir.

30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan ermənilər beynəlxalq hüququ pozaraq işğal etdiyi əraziləri talan etmiş, xalqımızın yeraltı-yerüstü sərvətlərini qarət etmişdir. Müharibə dövründə isə döyüş meydanında rəşadətli Azərbaycan ordusunun əsgər və zabitlərinə cavab verə bilməyən qorxaq ermənilər dinc sakinləri gülləbaran etmişlər. Postmüharibə dövründə də ermənilər bəd əməllərini səngitməmiş, bu dəfə isə məğlubiyyətinin heyfini məzarlıqlardan almışlar. Belə ki, bu günlərdə vəhşi, vandal  ermənilərin daha bir alçaq əməli aşkarlanmış, Basarkeçər rayonunda azərbaycanlılara məxsus qəbiristanlığın, oradakı  məzar daşlarının ermənilər tərəfindən yük maşınları ilə  dağıdılmasını əks etdirən görüntülər yayımlanmışdır.

Bütün bunlar insanlıq adına ləkə olan erməni toplumunun vandallığının təzahürüdür. Nəinki müharibə zamanı, müharibədən sonra da vandallığa son qoymayan ermənilərin cinayətkarlıq əməllərinin sayı-hesabı yoxdur. Cinayətkarlıq onların alın yazısıdır.

Mehparə ƏLİYEVA,

“Respublika”.