Türkiyənin paytaxtı Ankaranın ən qədim bölgəsi olan Qordion şəhəri UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.
"Respublika" xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.
Məlumata görə, bununla bağlı UNESCO-nun Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən Dünya İrsi Komitəsinin 45-ci sessiyasında qərar qəbul edilib.
Xatırladaq ki, Qordion Frigiyanın siyasi və mədəni paytaxtı olub.
Nəzrin ELDARQIZI,
"Respublika".