Qız qalası bərpadan sonra
Mədəniyyət

Qız qalası bərpadan sonra

İstanbul

Bosfor boğazının Mərmərə dənizinə bağlandığı kiçik bir adada tikilmiş Qız qalası Üsküdar mahalının simvolu kimi tanınır. Bizans dövründən Üsküdarda qalan yeganə abidə hesab olunan Qız qalası eramızdan əvvəl 24- ilə aiddir Qara dəniz ilə Mərmərə dənizinin qovşağında inşa edilib. On səkkiz metr hündürlüyündə, üç mərtəbədən ibarət olan Qız qalası bir müddət həbsxana kimi istifadə olunub. Qalanın yaxınlığındakı hündür mayaklar dörd mil məsafədən görünəcək şəkildə hər üç saniyədən bir işıq saçır. Qala Salacakdan təxminən 150 metr aralıda yerləşir. Keçmişi 2500 il əvvələ gedib çıxan bənzərsiz qala İstanbulun tarixi ilə bərabər yaşamış, yaşananlara şahidlik etmiş günümüzə qədər gəlmişdir.

Əsrlər boyu fərqli məqsədlər üçün istifadə edilmiş qala haqqında bir çox rəvayətlər söylənilir. Deyilənlərə görə, qalanın yerləşdiyi ərazi haqqında ilkin məlumat eramızdan əvvəl 400- ildə qeydə alınıb.

Tarixi mənbələrə əsasən, o zaman dəniz ticarətində istifadə edilməsi məqsədilə Afinalı komandir Alkibiades tərəfindən burada kiçik bir abidə inşa edilir. Əsrlər sonra, təxminən 1110-cu ildə isə bu adada Roma İmperatoru Manuel Komnenos tərəfindən ilk qala ucaldılır. Verilən məlumatlara görə, imperator Manuelin bu qalanı inşa etməkdə iki məqsədi var imiş: boğazı idarə etmək ticarət gəmilərindən vergi almaq. Bunu dəstəkləmək üçün qala ilə Avropa sahilləri arasında qalın bir zəncir çəkilir zəncirin batmaması üçün onlarla dirəkdən istifadə edilir. Lakin bu abidə zəncirin ağırlığına tab gətirməyib dağılır.

İstanbulun fəthindən sonra isə Fateh Sultan Məhmətin əmri ilə bu ərazidə yeni qala inşa edilir bura toplar yerləşdirilir. Lakin qala 1509-cu ildə İstanbulda baş vermiş zəlzələdən sonra ciddi zərər görür o dövrün tanınmış memarı olan Hayrettin tərəfindən bərpa olunur. Bundan təxminən 200 il sonra qaladan mayak kimi istifadə edilir. Sonralar qala yanır bu dəfə yenidən daşla tikilir.

Osmanlı dövründə olduğu kimi, romalıların dövründə qaladan həbsxana kimi istifadə olunub. Lakin tarixdə buranın müxtəlif dini diplomatik mərasimlərdə top atışı üçün istifadə edildiyi bəzi sultanların sadəcə istirahət yeri olduğu da qeyd edilib. Eyni zamanda, qaladan XIX əsrdə İstanbulda yayılmış vəba epidemiyası zamanı xəstələrin təcrid edildiyi yer kimi istifadə olunub.

Türkiyə Cümhuriyyəti qurulduqdan sonra qala təkrar mayak olaraq fəaliyyətə başlayıb. 1940- illərdə qalanın torpağı möhkəmləndirilib 80-ci ilin əvvəllərindən buradan hərbi radar stansiyası kimi istifadə edilməyə başlanılıb. Hazırda isə Qız qalası restoran kimi fəaliyyət göstərir. Xüsusi qayıqlarla gedilən bu üçmərtəbəli tikilinin hər mərtəbəsində müxtəlif dövrləri özündə əks etdirən şəkillərə rast gəlmək mümkündür. Qalanın ən üst qatında yerləşən eyvandan hər iki qitəyə gözəl mənzərə açılır.

Qız qalası haqqında müxtəlif rəvayətlər əfsanələr var. Rəvayətlərin birində deyilir ki, Bizans imperatorunun qız uşağı dünyaya gəlir imperator qızının doğum gününü bayram elan edir. Bir zaman sonra yaşlı bir alim imperatora, qızını 18 yaşı tamam olmadan ilan sancılmasından öləcəyi xəbərini verib imperatoru çox məyus edir. İmperator dənizin ortasındakı ada üzərində qala inşa etdirir qızını buraya yerləşdirir. Aradan illər keçirİmperatorun qızını on səkkiz yaşı tamam olmamış, qalaya göndərilən üzüm səbətindən çıxan ilan sancaraq öldürür. Qızının ölümünə çox üzülən imperator qismətdən qaçılmayacağını anlayır.

Qız qalası İstanbulun ən qədim tarixi abidələrindən biri hesab olunur yaşı 900 ildən çoxdur. 1995-ci ildə bərpa işlərinə başlanmış 2000-ci ildə başa çatdırılmışdır. Gündüzlər kafe-restoran, axşamlar isə özəl restoran olaraq yerli xarici ziyarətçilərə xidmət göstərən Qız qalası toy, yığıncaq, yeməyi kimi bir çox özəl dəvət tədbirlərə ev sahibliyi edir.

Qala 1964- ildə Müdafiə Nazirliyinə, 1982-ci ildə Dəniz Müəssisələrinə, 1995-ci ildən Turizm Nazirliyinə verilib.

2021-ci ildə Türkiyə Mədəniyyət Turizm Nazirliyinin təşəbbüsülə ikiillik bərpa işləri ilə bağlı qalanın fəaliyyəti dayandırılmışdı. Bu günlərdə qapılarını yenidən ziyarətçilərin üzünə açan Qız qalası, dalğaların ən güclü olduğu şimal, qərb cənub-qərb istiqamətlərində orta hesabla 25 metr dərinlikdə 201 dayaq sistemi ilə yenidən möhkəmləndirilib. Qız qalasına gedən təmiz su xətti əsaslı təmir edilib, elektrik xətləri yenilənib. Ziyarətçilərin dalğalardan qorunaraq oturub dincəlməsi üçün divar da quraşdırılıb. Qalanın interyeri, eksteryeri, estakadası ətrafı abadlaşdırılıb.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.