Qida məhsullarının istehsalında artım
İQTİSADİYYAT

Qida məhsullarının istehsalında artım

2021-ci ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalında 56,1 faiz, qida məhsullarının istehsalında 10,9 faiz, içki istehsalında isə 1,6 faiz artım müşahidə olunmuşdur. Bu, Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir.

Hesabatda qeyd edilib ki, bu sahələrin əsas məhsullarından qənd və şəkər tozunun istehsalı 51,1 faiz, kolbasa məmulatlarının istehsalı 4,9 faiz, kərə yağının istehsalı 4,8 faiz artmış, duru bitki yağlarının istehsalı 0,7 faiz, marqarin istehsalı isə 4,3 faiz azalmışdır.

Bəybala  BƏYBALAYEV,

“Respublika”.