QHT nümayəndələri, bloger və ictimai fəalların, şəhid analarının Şuşaya səfəri davam edir
Digər xəbərlər

QHT nümayəndələri, bloger və ictimai fəalların, şəhid analarının Şuşaya səfəri davam edir

Azərbaycanda fəaliyyət göstərən QHT nümayəndələri, bloger və ictimai fəalların, şəhid analarının Şuşaya səfərləri təşkil olunur.

AZƏRTAC-ın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, sentyabrın 9-da daha bir heyət Şuşaya gəlib.

Səfər iştirakçıları Cıdır düzündə, Vaqifin məqbərəsində, Bülbülün ev-muzeyində olub, Şuşanın mərkəzi meydanında Azərbaycan mədən iyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini, Şuşa qalasını və digər tarixi yerləri ziyarət ediblər.

Onlar səfər etdikləri ərazilərdə işğalın ağır nəticələri, dağıdılmış yaşayış məskənləri və mədəni-tarixi nümunələrlə tanış olublar. Eyni zamanda, səfər iştirakçıları yol boyunca işğaldan azad olunmuş ərazilərdə, eləcə də Şuşada aparılan genişmiqyaslı tikinti işlərini izləyiblər.

Qeyd edək ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunan səfərlər sabah da davam edəcək. Hər gün 150-dən çox QHT nümayəndəsinin, habelə bloger, ictimai fəal və şəhid analarının iştirak edəcəyi səfərlərə, ümumilikdə, 500 nəfər qoşulacaq.

AZƏRTAC