QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbədənkənar iclası keçirilib
Digər xəbərlər

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbədənkənar iclası keçirilib

Avqustun 24-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbədənkənar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyevin sədrliyi ilə keçirilən iclasda bəzi QHT-lərin müraciəti əsasında Agentliyin "Qeyri-hökumət təşkilatları tərəfindən icra olunan layihələr üzrə maliyyə hesabatlarının tərtibi və təqdim edilməsi haqqında Təlimat"ı müzakirəyə çıxarılıb. Müşahidə Şurası üzvlərinin təklifləri nəzərə alınaraq təlimatın təkmilləşdirilməsi, yaxın günlərdə yekun müzakirə edilməsi barədə qərar qəbul olunub.

Daha sonra Agentliyin icraçı direktorunun təqdimatı əsasında beynəlxalq tədbirlərdə iştirakla bağlı səfər qrantları üçün müraciətlər və cari məsələlər müzakirə edilib. Qaldırılan məsələlərlə əlaqədar müvafiq qərarlar verilib.

AZƏRTAC